SON DƏQİQƏ

SRMİ-nin rəisi Rəşad Əliyev rəssamlarla görüş keçirtdi- FOTOLAR

Tarix:7-01-2022, 00:44

“Zəfər Palitrası” adlı sərgidə iştirak etmiş rəssamlar sertifikatlarla təltif edildi. 
 06.01.2022-ci il tarixində Sumqayıt Regional Mədəniyyət idarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə Sumqayıt şəhər Heydər Əliyev mərkəzində, 8 Noyabr – “Zəfər Günü”nə həsr olunmuş “Zəfər Palitrası” adlı sərgidə iştirak etmiş rəssamlarla görüş keçirmişdir. Rəşad Əliyev 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Qələbədən, Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığından söz açmışdır. Prezident İlham Əliyevin Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncamını xatırladaraq rəssamlara və sənət adamlarına bu istiqamətdə və digər mövzularda da əsərlər yaradaraq daha mötəbər sərgilərdə iştirak etmələrini tövsiyə etmişdir. Sərgidə iştirak etmiş rəssamlara təşəkkürünü bildirən Rəşad Əliyev onlara yeni-yeni yaradıcılıq uğurları arzulamış və rəssamları sertifikatlarla təltif etmişdir.
 
“XeberTıme.az”


   
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ