SON DƏQİQƏ

Bir sıra qazilər ziyarət olundular-FOTOLAR

Tarix:8-01-2022, 09:14

Bir sıra qazilər ziyarət olundular-FOTOLARDünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə " İyilik Üretenler" Dərnəyinin Azərbaycan üzrə kordinatoru , Elnurə İsgəndərovanın təşəbbüsüvə  ARİ-nin üzvü , sərgi-tədbir təşkilatçısı " Abşeron" Gənclərin İnkişafı İB - nin icraçı direktoru  Aygün İsgəndərova ilə bərpa prosesində olan Vətən müharibəsi qaziləri   Hüseynov  Ülvi , Əhədov Nicat, Qurbanov Əbülfət , Hüseynov Novruz , Rufullayev Namiq , Məmmədov Cəfərsadiq, Əliyev Rauf, Mustafayev Hüseyn, Nurməmmədov Xaliqin evlərində  ziyarətdə oldular. Ziyarət əsasında  qazilərimiz döyüş xatirələrindən danışdılar. Ali Baş komandanın  hər an əmrinə hazır olduqlarını bildirdilər. Sonda "İyilik Üretenler" Dərnəyi tərəfindən qazilərimiz  "Yüksek Onur Belgesi" ilə təltif olundular və bayram sovqatı təqdim olundu.  Ziyarətdə Suraxanı Rayon İcra Hakimiyyətinin  nümayəndəsi, Polkovnik  Elmar Hüseynli iştirak edirdi. 
XeberTime.az
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ