SON DƏQİQƏ

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra" verlişi

Tarix:8-01-2022, 21:56

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək. 
08.01.2022-ci il tarixində  efirə gedən "Qanun və İcra" verlişində  Mediasiya haqqında qanunun təhlili, “Ölüm hökmünün icrasının tarixi” mövzusu, Dələduzluq cinayətlərinə məruz qalmış insanlarının ərizələrinin araşdırılması və aidiyyatı təşkilatların müraciət formalarının əsasları baradə fikir mübadiləsi aparılacaq. Bu mövzu ilə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:  
   
1. Məhəbbət Dəmirçiyeva- BDU-nin hüquq fakültəsinin Mülkü hüquq kafedrasının müdiri, professor.


2. Qələndər Muxtarlı - Hüquqmüdafiəçisi.
 

3. 
Bulud Yusifov- Mediator, hüquqşünas. 


4. Qeys Musayev - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.                                                                        

Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.

Yeganə Telmanqızı 
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ