SON DƏQİQƏ

“Ümid” Xeyriyyə Cəmiyyəti 9 yaşlı fiziki qüsurlu Xəzər Məlikovu sevindirdi- FOTOLAR

Tarix:9-01-2022, 02:45

Şəhid anası Almaz Qasımova-“Şəhidlər qəlbizimizin əbədi sakinləridir.”                                                           
Fəqərələrin anadan gəlmə yarığı (Spina Bifida) xəstəliyindən əziyyət çəkən 9 yaşlı Xəzər Məlikovun hər zaman ən böyük arzusu Füzuli Fatehi Muxtar Qasımlının ailəsini ziyarət etmək olub. “Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbərləri Raya Məlikova, Mirazad Xurşudov və cəmiyyətin bir sıra üzvüləri ilə birlikdə bu gün 9 yaşlı Xəzərin arzusunu reallaşdırmaq üçün şəhid Muxtar Qasımlının ailəsinin ziyarət etdik.   

                                                    
Şəhidin anası Almaz xanım və atası Əli müəllim hər birimizi mehriban və səmimi münasibətlə qarşıladılar. Ailənin ikinci övladı olan Muxtar Qasımlının keçdiyi şərəfli həyat və döyüş yolundan danışdılar və övladları ilə fəxr etdiklərini bildirdilər. Muxtar və onun simasında olan şəhidlərin qələbə qazanaraq Zəfər tariximizə adlarını qızıl hərflərlə yazdıraraq Azərbaycanımızı bütün dünya dövlətlərinə tanıtmaqlarından şərəf duyduqlarından söhbət açdılar. Ailənin ziyarətində Muxtar Qasımlının ev muzeyi ziyarət olundu. Ev muzeyində Fitness üzrə Azərbaycan çempionu Muxtar Qasımlının idman nailiyyətələri, idman yarışlarında çəkilən müxtəlif şəkilləri, həyat yolunu, döyüş yolunu əks etdirən bir-birindən maraqlı rəsəmlər və şəxsi əşyalar yer alıb. 


 
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Almaz Qasımovaya “Şəhid Anası ” təşəkkürnaməsini təqdim etdik.   


                        
Ailə ilə xoş və səmimi söhbətimiz çay masasında davam etdirildi. 

                  

Şəhidin atası Əli Qasımovun dedikləri:                                           

- Bəzi günlər heç vaxt unudulmur, yaddan çıxmır, bir xalqın tarix yaddaşına əbədilik yazılır. Belə unudulmaz günlərdən birini də xalqımız yaxın vaxtlarda yaşadığı qələbə günləri oldu. Bizim oğullarımız 30 il işğalda olan torpaqlarımızı 44 gündə aldılar. Mənim oğlum Füzuli Fatehi Muxtar Qasımlı ən ağır döyüşlərdə Füzuli rayonun işğaldan azad olunmasında vuruşdu və şəhidlik zirvəsinə ucaldı. Baş leytenant rütbəsini aldığı gün arzuladığı istək reallaşdı. Vətən müharibəsində bir zabit kimi onun da payı oldu. Muxtar idmançı olduğu üçün bu gün boyüməkdə olan nəsilin idmana marağı daha da artıb, bir çox uşaqlar Muxtara oxşamaq istəyir və bu da məni sevindirir. Mən Vətən yolunda bir oğul itirdim, minlərələ oğul və nəvə qazandım.                                

Övlad ananın əsəridir! Almaz xanım haqqınız ödənilməz:                                                                                         
- Şəhidlər qəlbizimizin əbədi sakinləridir. Azərbaycan Ordusunun baş leytenantı Qasımlı öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirdi. Vətən müharibəsində tarixi qələbə əldə olundu. Şəhidlərimiz, qazilərimiz can-qanı bahasına Qarabağ geri qayrtardı. Muxtar Qasımlı kimi oğul böyüdüb tərbiyyə etdiyimə görə bir ana kimi fəxr edirəm. Vətən sağ olsun!                
Bu gün Xəzər balamızın bizim ailəmizə öz istəyi ilə zəyarətinə çox sevindim. Bəli bu şəhidə sevgi və hörmətdir. Aləmizin qonağı olduğunuz üçün və Muxtarın əziz xatirəsini yad etdiyinizə görə hər birinizə ayri-ayrılıqdan öz təşəkkürümü bildirirəm.                      

İş adamı, xeyriyyəçi Mirazad Xurşudovun maraqlı fikirləri:                                                                                    
- Müqəəddəs kitabımız olan Qurani-Kərimdədə şəhidlik haqqında ayələr yazılıb. Şəhid yüksək amal, əqidə, yurd, vətən, din və ya inanc uğrunda ölən canını fəda edən şəxsdir.             
Bütün şəhid ailələrini ziyarət etmək bizim borcumuzdur, bu ziyarət şəhidə sevgi, ehtiramdır.  Çox sevinirəm ki, şəhidimiz böyüyüb boya-başa çatdığı evi ziyarət edərək Xəzər balamızı ən böyük arzusununa çatdırdım. Şəhidlər əbədiyaşar qəhrəmanlardır. Onlar heç zaman unudulmur! Böyüməkdə olan nəsil onların keçdiyi şərəfli döyüş yolundan örnək götürərək vətəni, xalqı sevirlər.   
“Ümid” Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova:  

- Şəhidlik zirvəsi bütün yüksəkliklərdən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda çarpışan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Allah cəmi şəhidlərimizə rəəhmət eləsin, ailələrinə səbr və qazilərimizə tezliklə şəfa versin! 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!
 
Yeganə Telmanqızı
  “XeberTıme.az”
  



                                                                                  
    
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ