SON DƏQİQƏ

Qalib ordunun əsgəri şəhadət ucalığı ilə tarix yazdı

Tarix:9-01-2022, 23:22

Bu gün Vətən müharibəsinin könüllü əsgəri şəhid Vüqar Məmmədovun 28 yaşı tamam olur. 

Tədbir Sumqayıt şəhər  Şəhidlər Xiyabanından başladı. Əvvəəlcə şəhidin məzarı ziyarət olundu, ruhlarına dualar oxunaraq Allahdan cəmi şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Tədbirdə şəhidin ailə üzvüləri, doğmaları, icra nümayənədələri, media nüamyəndələri, şəhid ailələri, Qarabağ qaziləri və şəhidin döyüş yoldaşları iştirak edirdi. V,Məmmədov yaxınları onun haqqında xoş  xatirələrdən və şəhidin döyüş yoldaşları Məmmədovun keçdiyi şərəfli döyüş yolundan söhbət açaraq  əziz xatirəsini ehtiramla yad etdilər.

 
Tədbir şəhidin adına açılmış ehsan süfrəsində davam etdirildi.  
                                                                     
Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova və  “XeberTıme.az” informasiya portalının rəhbəri Yeganə Telmanqızı tərəfindən şəhidin anası Əsmər Məmmədovaya “Şəhid Anası ” təşəkkürünü və şəhidin şəxsi guşəsi üçün “Xarı Bülbül” rəsmindən ibarət ramka təqdim olundu. 

                                                   
Şəhid Vüqar Məmmədovun məclisi üçün tort bişirərək təqdim edən “İstanbul” un məmulatlarına öz təşəkkürümüzü bildiririk. Xatırladaq ki, “İstanbul” un məmulatlarına daima şəhid və qazi ailələrinə dəstək olur. Ünvan: Sumqayıt şəəhər 45-ci məhəllə, Pioner marketlə üzbəüz. Əlaqə tel: 050 735 82 28; 055 430 32 37. 

  
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
  “XeberTıme.az”
  
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ