SON DƏQİQƏ

Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib- FOTO

Tarix:12-01-2022, 10:12

2022-ci ilin ilk müşavirəsi Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı keçiriləcək tədbirlərə və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli müəssisələrin iş effektivliyinin artırılmasına həsr olunub.
Müşavirədə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi və əməkdaşları, müəssisə rəhbərləri, mətbuatla iş və sosial mediaya cavabdeh şəxslər iştirak ediblər.
Müşavirəni giriş nitqi ilə açan idarə rəisi Rəşad Əliyev Prezident İlham Əliyevin 2022-ci ilin “Şuşa İli” elan etməsi haqqında Sərəncamının əhəmiyyətindən söz açıb.  Qeyd edib ki, bu Sərəncam Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşanın bəşər mədəniyyətinə verdiyi töhfə ilə dünyada tanıdılması, həmçinin ölkəmizin milli-mədəni və tarixi irsinin təbliği imkanlarını genişləndirir. O, həmçinin “Şuşa İli” çərçivəsində təşkil olunacaq tədbirlərin rəngarəng və genişmiqyaslı olmasının vacibliyini vurğulayaraq, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Daha sonra idarə rəisi Mədəniyyət Nazirliyinin müasir idarəetmə üsullarının və iqtisadi modellərinin tətbiqi, şəffaflıq və səmərəliliyin artırılması və ən əsası insan kapitalının müasir tələblərə uyğunlaşdırılması və inkişaf etdirilməsi ilə bağlı yeni baxışı, məqsədləri, eləcə də strateji prioritetlər haqqında ətraflı məlumat verib.
Cari ildən hər bir müəssisənin iş effektivliyinin KPİ (Əsas Effektivlik Göstəriciləri) üzrə dəyərləndiriləcəyini və qoyulmuş məqsədlərə hansı dərəcədə nail olunduğunu müvafiq meyarlar üzrə ölçülə biləcəyini qeyd edib.
Sonra mövzu ilə bağlı Abşeron rayonu üzrə baş məsləhətçi, Əməkdar mədəniyyət işçisi İlham Manafov, Əli Kərim adına poeziya klubunun direktoru İbrahim İlyaslı və digərlərinin çıxışları dinlənilib.

“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ