SON DƏQİQƏ

Şabranda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib+ FOTOLAR

Tarix:13-01-2022, 23:27

44 günlük  Vətən müharibəsində Zəfər günü Xeyrin Şər üzərində qələbəsi və tarixi ədalətin tənətənəsidir.  

12.01. 2022-ci il tarixində “Ümid” Xeyriyyə Cəmiyyətinin və “XeberTıme.az” informasiya portalının təşkilatçılığı ilə Şabranda Vətən müharibəsi şəhidlərinin ailə üzvüləri ilə görüş keçirildi.                                                                               

                                                 

Əvvəlcə qonaqları Şabran Tarix Diyarşunaslıq muzeyində sərgilənən  tarixi eksponatlarla, vətənpərvər guşələrlə muzeyin direktoru Bəsti Məmmədova tanış etdi.                                                                               



Şəhid ailə üzvüləri, qonaqlar və rəsmi nümayəndələr ilə birlikdə Ulu Öndər, tarixi sərkərdə Heydər Əliyevin büstü üzərinə gül dəstələri qoyuldu. 



Sonra Azərbaycan torpaqlarıızın  bütövlüyü uğrunda canından keçən oğullarımızın dəfn olunduğu Şabran Şəhidlər Xiyabanı ziyarət olundu. Şəhidlərin ruhuna dualar oxundu. Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbr diləndi. Şəhidlər Xiyabanının ziyarətində şəhid məzarlarına tər çiçəklər, gül buketləri qoyuldu. Şəhidlərin valdeynləri övladları haqqında xoş xatirələrdən danışdılar və şəhidlər məhəbbətlə, ehtiramla yad olundu. 

                         
Tədbir Ziya ailəvi məkanında davam etdirildi. Tədbirin aparıcısı Xaçmaz Regional Mədəniyyət İdarəsinin əməkdaşı Xalidə Əliyeva şəhid ailələrini və qonaqları salamladı. Əvvələcə Azərbaycanın dövlət himni səsləndirildi və bir dəqiqilək sükütla şəhidlərin xatirəsi yad olundu.          
Şəhid ailələri və rəsmi nümayənədələrin qatıldığı tədbirdə  Şabran rayon Xıdır Zinda məscidinin axundu Rahim Mövsümov müqəddəs kitabımız olan quranda şəhid haqqında yazılan ayələrədən söhbət açaraq şəhidlik zirvəsinin uca məqamından danışdı. Şəhid Qəribzadə Fəxrinin anası Mehbarə xanım, “Ümid” Xeyriyyə Cəmiyyətinin üzvü Namidar Məmmədov, “XeberTıme.az” informasiya portalının direktoru, Yeganə Telmanqızı, Şabran Tarix Diyarşunaslıq muzeyinin direktoru Bəsti Məmmədova, Mübarizlər,  Fəridlər qrupunun rəəhbəri, ictimai fəal Əziz Əzizov gənc rəssam Ayxan İsayev bildirdilər:  Bəli, qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı  xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə və müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!  
Azərbaycanda ərazi bütövlüyünün bərpasında  şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızı Almanyada bütün dünya xalqlarına  tanıdan “Nürnberq, Almaniya Türk Tarixi və Mədəniyyətlər Muzeyin təsisçisi və rəhbəri Cəmaləddin Özdəmir canlı video bağlantıya qoşularaq tədbiri canlı-canlı izlədi. Tədbir  haqqında öz təsüratlarını bildirərək şəhid ailələrinin üzvülərinə, tədbir təşkilatçılarına, qonaqlara minnətdarlıq etdi.                                                   
Sonra “Ümid” Xeyriyyə Cəmiyyətinin və “XeberTıme.az” informasiya portalının birgə lahiyyəsi olan “Şəhid Anası” təşəkkürü, vətənpərvər rəssam Ayxan İsayevin hazırladığı şəhid şəkillərindən ibarət  dekorativ üslubda “Zəfər Cələngi”ni, “Color Plus” reklam şirkətinin təqdim etdiyi şəhid rəsmlərindən ibarət suvinerləri şəhidlərin ailə üzvülərinə təqdim olundu.  
Qonaqlar Fəxri Fərmanla təltif olundular.                     

Şabran Tarix Diyarşunaslıq muzeyinin direktoru Bəsti Məmmədova tədbir haqqında öz fikirlərini bizimlə bölüşdü:                                                                                                  
- Yeganə xanım bu günki tədbirə görə hər birinizə ayrı-ayrılıqdan öz təşəkkürümü bildirirəm. 44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə ədalətin təntənəsidir. Vətən sevgisini qəlbən yaşayaraq canını fəda verən tarix yazaraq şəhidlər hər birimizin qəlbində əbədi bir heykəl qurdu. Azərbaycan xalqı olaraq torpaqlarıməızın azadlığı uğrunda böyük qələbənin qazanılması üçün mübariz oğul və qızlarının şücaətini yüksək qiymətələndirməliyik. Şəhidlərimizin əmanətinə sevinc bəxş etmək hər birimizin vətəndaşlıq borcudur.                                                 

“Ümid” Xeyriyyə Cəmiyyətinin rəhbəri Raya Məlikova-  “Şəhidlərimizi unutmayaq daima yaşadaq!”                                                                          

- Biz mütamədə olaraq Azərbaycanın müxtəlif bölgələrində bu cür tədbirlər təşkil edirik. Belə tədbirlərədə azda olsa ailələrin könlünü xoş ediriksə nə xoş bizlərə. 30 ildən sonra 44 gündə azad olunan torpaqlar şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qazanıldı. Xalqımızın müzəffər ordumuza inamı və dəstəyi tarixi qələbəyə imza atdı. Vətən naminə canlarından keçən şəhidlərimizin əziz xatirəsi  qəlbimizdə daim yaşayacaq. Onların hər biri əsl qəhrəman, gələcək nəsillərə rəşadət və qorxmazlıq nümunəsidir. Şəhidlərimizi unutmayaq daima yaşadaq!       
Sonda xatirə şəkilləri çəkildi.  

Tədbirdə yaxından əməyi keçən iş adamı, xeyriyyəçi Xurşudov Mirazada, Məmmədov Namidara, Vətən qazisi Məmmədov Pərvizə öz dərin təşəkkürümüzü bildiririk.    

 

Yeganə Telmanqızı               
“XeberTıme.az”





FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ