SON DƏQİQƏ

Azərbaycan Kosiki Karate-do Federasiyasının yığıncağı keçirildi

Tarix:14-01-2022, 01:23

2022-ci il yanvar ayının 11-də Azərbaycan Kosiki Karate-do Federasiyasının ümumi yığıncağı keçirilib.Tədbirdə federasiyanın vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, Azərbaycanın Əməkdar məşqçisi Yuri Mustafayev çıxış edərək federasiyanın mərhum prezidenti Talıb Berziqiyarovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini yığıncaq iştirakçılarından xahiş etdi. Sonra Yuri Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edərək gələcəkdə qarşıda duran məsələlərlə əlaqədar qısa məlumat verdi.
Daha sonra federasiyanın yeni prezidenti vəzifəsinə 6-cı dan qara kəmər sahibi Rafael Rafiq oğlu Bunyatovun namizədliyi irəli sürüldü və seçkilər keçirilərək  Rafael Bunyatov Azərbaycan Kosiki Karate-do Federasiyasının yeni prezidenti seçildi.
Yığıncaqda, həmçinin, 7-ci dan qara kəmər sahibi Yuri Mustafayev, 5-ci dan qara kəmər sahibi, professor Ənvər Həzərxanov və 5-ci dan qara kəmər sahibi Vəliyulla Bunyatov federasiyanın vitse-prezidentləri, 5-ci dan qara kəmər sahibi Yuliya Mustafayeva isə federasiyanın Baş katibi seçiliblər. 
Tədbirdə federasiyanın aparıcı məşqçiləri və tanınmış idmançıları iştirak ediblər.  
 
XeberTıme.az 
Xüsusi müxbir: Aygün Oqtay


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ