SON DƏQİQƏ

XTQ-nin polkovnik-leytenantı Telman Miriyevin əziz xatirəsinə abidə və bulaq komleksinin açılışı oldu+ FOTOLAR

Tarix:16-01-2022, 00:43

Azərbaycan xalqı  öz tarixini qanla yazan qəhrəmanını heç zaman unutmayacaq və hər zaman ehtiramla yad edəcək!                                                             15.01.2022-ci il tarixində Xırdalan şəhərində şəhid Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Telman Miriyevin əziz xatirəsinə abidə və bulaq komleksinin açılışı oldu. 
Mərasimdə Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhidin yaxınlarıə, şəhid ailələri, qazilər, media nümayənəədələri, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər Azərbaycan tarixinədə 300 ildən sonra Qalib Azərbaycan adlı tarix yazan qəhrəman şəhid, qazi və müzəffər ordumuzdan söhbət açaraq  qəhrəmanlarımızın canı-qanı bahasına düşməndən azad edilmiş ərazilərimizin tezliklə dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyini diqqətə çatdırıb. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq, həmişə ehtiramla anılacaqdır.
 Natiqlər onuda qeyd etdilər ki, şəhid ailələrinin, qazilərin dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı ilə əhatə olunurlar.
Mərasimdə çıxış edən şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildirdilər. Şəhid polkovnik-leytenant Telman Miriyevin ailə üzvüləri, yaxınları hər kəsə ailənin yanında olduqları üçün öz təşəkkürlərini bildirdilər. 
Şəhid
xatirə lövhəsinin və bulaq komleksinin açılışından sonra şəhidin adına ehsan süfrəsi verildi. 

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
  “XeberTıme.az”
  


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ