SON DƏQİQƏ

Şəhid anası Mina Ağalarovanınn75 yaşı tamam oldu.

Tarix:16-01-2022, 22:38

1994-ci ildə itkin düşmüş şəhid İlqar Ağalarovun bizə əmanət qoyduğu anası Mina Ağalarovanın 75 yaşı tamam oldu.Baş tacımz olan şəhid anasını XeberTıme.az informasiya portalı olaraq təbrikə getdik. Ana gözləmədiyi surpiriz təbrikindən çox sevindi.


Mina ana İlqar haqqında xoş xatirələrədən söhbət açdı. İlqarın əl yazmalarının tarixindən danışdı.


“Qızım İlqar çox mərd, vətənini, valdeynlərini sevən, bacı-qardaş canlı, kişi qeyrətli bir oğul idi. O cür oğullar tarixə nadir hallarda gəlir. İtkin düşməsini heç qəbul etmirəm, bu gündə inanıram ki, nə vaxtsa gələcək İlqar...”                     
Allah sizə sağlam, bərəkətli ömür versin Mina Ana. Yeni yaşınız mübarək. 

Əbədi sevgilər ölmür!
Şəhid anasının ad günü təbrikini isti-isti votsap statosumda paylaşandan sonra şəhid İlqar Ağalarovun tanıtım şəklin paylaşdım.


Və...İlqarın sevdiyi qızın telefon nömrəsi təsadüfən mənim telefon kantaktımda olur, görür və mənə zəng edərək saf, əbədi, ölməz  məhəbbətindən danışdı və ağladı. Bu xanım həmkarım, tanınmış jurnalist, Bakupress.az sayıtının rəhbəri Şəfəq Ağacandır.  

                                                                                  
Bəli saf sevgilər ölmür, əbədi yaşayır. 

Hər bir şəhidin bir həyat tarixcəsi var. Bu gün qəhrəmanlarımdan birinin sevdiyi qızın kim olduğunu tanıdım. 
Bu hadisə şəhid İlqarın ailə üzvülərini və məni çox duyğulandırdı. Mina ana bu qız haqqında İlqardan çox eşitmişdir və bilirdi ki, İlqarın sevdiyi Şəfəq adlı bir xanım var. Şəfəq xanım bizi düz 29 il öncəyə qaytardı, “İlqarla biz bir-birimizi sevirdik. Bu sevgi saf, təmiz bi hisslər idi. O məni daha çox sevirdi və hər zaman məni itirmək qorxaraq “gəl qaçırdım” səni deyirdi. Bizim sevgimiz əbədi və ölməzdir. İlqarı bu gündə gözləyirəm mən və hələdə nə vaxtsa gələcəyinə inanıram. İlqar kişi xarakterli, qayğıkeş, gözəl bir insan idi. 30 il öncə mənə bir suviner bağışlamışdır, məndə ona sacımda olan kiçik bir sac üçün sancaq bağışladım. Və İlqarın mənə bağışladığı hədiyyəni bu gündə sevə-sevə, qoruyaraq saxlayıram. 

Əbədi sevgilər ölmür! 
Bəli hər bir şəhid bir taleh, bir ömür, bir sevgi, bir dastan hekayəsidir. 

Yeganə Telmanqızı
 “XeberTıme.az”
  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ