SON DƏQİQƏ

Şuşa ilinə həsr olunmuş “Rənglərdəki İzlər" adlı ilk fərdi yaradıcılıq sərgisi keçirildi+ FOTOLAR

Tarix:17-01-2022, 22:25

14 yanvar 2022-ci il tarixində Azərkitab - Kitab Mərkəzində layihə rəhbəri, təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu  ARİ-nin üzvü, ADPU-nun nəzdində Pedaqoji Kollecinin və ADRA-nın nəzdində İncəsənət Kollecinin müəlliməsi Rəsmiyyə Mahmudovanın 22 tələbəsi ilə birlikdə Şuşa ilinə həsr olunmuş “Rənglərdəki İzlər" adlı  ilk fərdi yaradıcılıq sərgisi keçirildi.   Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla  yad edildi. Sərgini giriş sözü ilə layihə rəhbəri Elnurə İsgəndərova açaraq qonaqları salamladı. Sonra sərginin mahiyyəti haqqında qonaqlara ətraflı məlumat verdi. Sərgidə Rəsmiyyə Mahmudovanın 100 ədəd kötük üzərində və  yağlı boya,   kətan üzərində Şuşaya həsr etdiyi müxtəlif mövzulu əsərlərindən, 22 tələbənin 
44 günlük Vətən müharibəsindən sonra qazanılmış şanlı zəfərimizə həsr etdikləri 44 kətan və yağlı boya ilə çəkilmiş rəsm əsərlərindən, gələcək həyatlarında ilk fərdi yaradıcılıq sərgisinin önəmindən bəhs etdi. Sonra sözü sərginin fəxri qonağı millət vəkilimiz Vüqar İsgəndərov cənablarına  verdi. Vüqar müəllim çıxışında Rəsmiyyə xanımın yaradıcılığının tamamilə fərqli bir texnikada olduğunu amma milliliyi tərənnüm etdiyini bildirdi . Gənc tələbələrin müəllimləri ilə bərabər ilk fərdi yaradıcılıq sərgisinə qoşulmalarını yüksək qiymətləndirdi.  Daha sonra çıxışçılardan Rəsmiyyə Mahmudovanın həyat yoldaşı Kamran Rəsulov, vətən müharibəsi qaziləri Zakir İmanov, Tehran Mahmudov, rəssam, müəllimə Təranə Mahmudova, "Elif" tədris mərkəzinin rəhbəri Minə Əhmədova, "Qalera" Sənət Mərkəzinin direktoru Mansur Əsgərli, "Fred" Sport Klubunun direktoru dünya və Avropa çempionu Azər Məhərrəmov, jurnalist Mirçingiz Ağayev, rəssam Fərəh Babayeva çıxışlarında rəssama uğurlar arzuladılar. Sərginin bədii hissəsinin qonağı Azərbaycanın məşhur kaman ustası Şəhriyar Musayev əsrarəngiz ifası ilə sərgi iştirakçılarını valeh etdi. "Elif" tədris mərkəzinin rəqs müəlliməsi Leyla Aslanovanın tələbələri Azərbaycan və Hind rəqsləri ilə marağa səbəb oldular. Sonda   Rəsmiyyə Mahmudova və 22 tələbəsi   xüsusi plaketlərlə, vətən müharibəsi qaziləri  Zakir İmanov, Tehran Mahmudov Türkiyənin "İyilik Üretenler" dərnəyi tərəfindən  "Kahraman Gazimiz" yüksek onur belgesi ilə təltif olundular. Tələbələrin siyahısını sizə təqdim edirik.
 
1. Zari Nərminə
2.Allahverdiyeva Günəş
3.Qədimbəyli Leysan
4.Kərimov Ruhin
5.Səfərzadə Humay
6.Əliyeva Fatma
7.İsayev İsa 
8.Abdullayeva Səadət
9.Əlibabayeva Firuzə
10.Fərzalıyeva Məlahət
11.Sultanlı Zeynəb
12.İzatullayeva Rahilə
13.Fətəliyeva Sara
14.Musayeva İlknur
15.Agabəyli Əli
16.Süleymanlı Nurcan
17.Əhmədova Leyla
18.Dilbər Azər qızı
19.Əsgərli Ayişə
20.Məmmədova Səlma
21. Qurbanova Elgünə 
22.Səlimli Aysun
 
XeberTime.az
Xüsusi müxbir: Aygün Oqtay Fotoqraf: Ramin Qurbanov




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ