SON DƏQİQƏ

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Tarix:18-01-2022, 21:08

Azərbaycan əhalisinin sayı açıqlanıb.
XeberTıme.az xəbər verir ki,  Dövlət Statistika Komitəsindən bildirilib ki, ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 33696 nəfər və ya 0,3 faiz artaraq 2021-ci il dekabr ayının 1-i vəziyyətinə 10152829 nəfərə çatmışdır.
Qeyd olunub ki, əhalinin 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olmuşdur.


 “XeberTıme.az”   

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ