SON DƏQİQƏ

MEDİA-da “İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda tədbir keçirilib

Tarix:18-01-2022, 21:13

Yanvarın 18-də Medianın İnkişafı Agentliyində bir sıra media subyektlərinin rəhbər və nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
XeberTıme.az  bildirir ki,  “İctimai nəzarətin formalaşmasında medianın rolu” mövzusunda baş tutan tədbirdə Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibədən irəli gələn vacib məqamlara toxunulub.
MEDİA Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Prezidentin yerli televiziya kanallarına müsahibəsində medianın ictimai nəzarət rolunu vurğulaması mühüm əhəmiyyət kəsb edir:
"Dövlət başçısı mediada yer alan məlumatların mütləq əksəriyyətinin öz təsdiqini tapdığını və bu haqda dərhal ölçü götürüldüyünü qeyd etdi. Prezidentin jurnalistlərin əməyinə verdiyi yüksək qiymət böyük etimadın göstəricisi olmaqla yanaşı, media işçilərinin də öz peşəkar missiyalarını həyata keçirməkdə məsuliyyətlərini artırmış olur".
İcraçı direktor MEDİA-nın məhz ictimai və dövlət maraqlarını əsas götürərək media subyektləri arasında müsabiqələr keçirdiyini və bu müsabiqələr çərçivəsində hər il məhz ictimai əhəmiyyət kəsb edən yüzlərlə materialın hazırlandığını diqqətə çatdırıb:
""Media haqqında" qanun layihəsinin ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasına, onun rəqabət qabilliyətinin artırmasına, xüsusən də media subyektlərinin iqtisadi müstəqilliklərinin gücləndirməsinə ciddi töhfə olacaq, layihənin müddəaları jurnalistlərin ictimai nəzarətçi kimi vacib funksiyanı lazımı səviyyədə yerinə yetirməsinə hüquqi təminat verir. Düşünürük ki, gələcəkdə də mediamız bu etimadı doğruldacaq, dəqiq, obyektiv və qərəzsiz məlumatların ictimaiyyətə çatdırılması missiyasını yüksək peşəkarlıqla yerinə yetirəcək".
Görüşdə çıxış edən media subyektlərinin rəhbər və nümayəndələri cənab Prezidentin ictimai nəzarət mexanizmlərinin hazırlanması ilə bağlı çağırışlarının media qarşısında yeni vəzifələr qoyduğunu vurğulayıblar.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ