SON DƏQİQƏ

Baş infeksionist XƏBƏRDARLIQ EDİR - Yoluxma kəskin artmaqda davam edərsə....

Tarix:19-01-2022, 20:29

Son vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların sayında artım var. Bu gün 1151 nəfər virusa yoluxub, 9 nəfər vəfat edib. Baş infeksionist Təyyar Eyvazov bunun  səbəblərini açıqlayıb. "Yoluxma belə dinamika ilə davam edərsə  bununla bağlı müvafiq addımlar atıla bilər "baş infeksionist belə  qeyd edib. Son günlər ölkəmizdə koronavirusa yoluxma sayında kəskin artım müşahidə olunur.Ötən gün ölkəmizdə 930 nəfər koronavirusa yoluxub, 12 nəfər vəfat edib. Bu gün isə 1151 nəfər virusa yoluxub , 9 nəfər vəfat edib. 
Baş infeksionist Təyyar Eyvazov bildirir ki, bunun əsas səbəb artıq Avropanın bir hissəsində yayılan və hazırda ölkəmizdə olan "Omicron" ştammının mövcudluğudur.
Baş infeksonist COVID-19-a yoluxma sayının artmasının  kütləvi immunitet yaratması ilə bağlı  məsələyə  aydınlıq gətirib. Bildirib ki, xəstəliyə yoluxub sağalanlarda təbii immunitet formalaşır.
Koronavirusa yoluxma belə dinamika ilə davam edərsə  bununla bağlı müvafiq addımlar atıla bilər - deyə Təyyar Eyvazov əlavə edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ