SON DƏQİQƏ

İsmayıllıda şəhid tələbələrinin xatirəsinə ehtiram olaraq abidə-kompleksin açılışı olub- FOTOLAR

Tarix:19-01-2022, 20:41

Bu gün İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kollecinin şəhid tələbələrinin xatirəsinə inşa edilmiş abidə-kompleksin açılışı olub
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İDHTK-in şəhid məzunları Əliyev Fərid Hamlet oğlu, Həmidov Rəhim Etibar oğlu və Lətifli Orxan Xancan oğlunun xatirəsinə inşa edilmiş abidə- kompleksin açılışı olub, abidə önünə əklil və gül dəstələri düzülüb.
Tələbələrin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Daha sonra şəhid məzunların adı verilən sinif otaqlarına baxış keçirilib.
İsmayıllı Dövlət Humanitar və Texnologiyalar Kolleci tərəfindən şəhidlərin valdeyinlərinə təşəkkürnamə təqdim edilib.
 
“XeberTıme.az”  
 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ