SON DƏQİQƏ

Vətən müharibəsinin gənc qəhrəmanı şəhid Xəyal Həsənov

Tarix:20-01-2022, 00:09

44 günlük Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı.
Haqqında bəhs edəcəyimiz həmin igidlərdən biri də oktyabr ayının 4-də Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalan əsgər Həsənov Xəyal Əliyulla oğludur. 30 noyabr 1998-ci ildə Şabran rayon Surra kəndində sadə, zəhəmətkeş bir ailədə dünyaya gəlmişdir.                                                                 
Şabran rayonu Surra kənd 1 nömrəli ümumi orta məktəbə ilk qədəmlərini qoyur, daha sonra təhsilini M.Nəzirov adına 4 nömrəli tam orta məktəbdə davam etdirmişdir. Orta məktəbi bitirən Xəyal AZMİU Kollecində  təhsil almağa başlayır. Bakı şəhərində təhsil alan X.Həsənov günorta təhsil alır axşam saatları çalışır. Çox çətin bir tələbə həyatı yaşayır və təhsilini başa vurub həqiqi hərbi xidmətə yola düşür. İlk hərbi xidmətinin 2 ayını Ağcabədi rayonu N saylı hərbi hissədə qulluq edir. İçində olan vətən eşqindən alovlanan Xəyal könüllü Xüsusi Təyinatlı Qüvvələrinin bölmələrində qulluq etmək üçün müraciət edir. Aylarla dağ və meşələrdə təlim keçir, xüsusi bacarıqlara yiyələnir. Xəyal və yoldaşları düşmən tapdağı altında işğaldan azad edilməsinə əmr gözləyirlər. Əsgər olaraq Xəyalın ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsində iştirakı olmuşdur.                                         

Xəyal Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsinin böyük günündə ilk tapşırığı Murov dağının tam azad edilməsi olur. Murov dağ istiqamətində gədən döyüşlərdə böyük bir hərbi heyyət qəhrəmancasına vuruşur. Ağır keçən qızğın döyüşlərdən sonra Murov dağ yüksəklikləri ordumuzun tabeliyinə keçir. Döyüşcü əsgərlərimiz soyuq-şaxta hava, daş-qaya yol deməden gecə saatlarında Murovdan Kəlbəcər rayonuna keçirlər. Verilən tapşırıqları böyük sayıqlıqla yerinə yetirən Xəyal və yoldaşları növbəti tapşırıq üçün Ballı Qaya istiqamətində döyüşlər başlayır. Burda dincəlmək və yaralılara tibbi yardım göstərmək üçün bir neçə saat gözləyən döyüşçülər müharibənin ən qızğın nöqtəsinə Fizuli-Cəbrayıl rayonlarına yola düşürlər.                                         
XTQ-in əsas döyüş planı Fizulini atəşə tutan tank və mina atanları tərk silah etmək idi. İgidlər bu əmrin öhtəsindən məharətlə gəələrək onlarla tankı, mina atanları, erməni döyüşcülərini zərərsizləşdirərək arxadan gələn piyada qüvvələrinə yol açırdılar.                           
Fizuli döyüşlərində bir çox yoldaşlarını itirən Xəyalın döyüş arzusu şiddətlənir. Onların intiqamın almaq qərarına gəlir. Murov dağ, Kəlbəcər, Fizuli, Cəbrayıl rayonları uğrunda gedən şiddətli döyüşlərdə yüksək şücaətlik göstərir. Xəyal  silahdaşları ilə Füzuli-Cəbrayıl koridorunu yarıb arxaları ilə gələn piyada qoşunlarına mövqe yaradırdılar.                                   

Qızğın döyüşlər getməsinə baxmayaraq yoldaşları deyir:                                                                              
- Xəyal üzündən təbəssümünü bir gündə olsun əksik etmir, hər zaman bizlərə təsginlik verirdi. “Qorxmayın hər şey yaxşı olacaq! Biz qalib gələcəyik! Biz qalibik! Buna inanın!”                
Xəyal Həsənov döyüşlərdə düşmənlə əlbəyaxa da döyüşüb. Vətən müharibəsi başlananda Xəyal Həsənovun hərbi xidmətini başa vurmasına 2 ay qalırdı.   
2020-ci il oktyabrın 4...Xəyal Həsənovun son döyüşü...Cəbrayıl rayonu uğrunda gedən düşmənlə yaxın şiddətəli döyüşlərin birində başından aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalır.      
22 illik qısa ömür yoluna şərəfli bir tarix yazan Xəyal Həsənov böyüyüb boya-başa çatdığı Şabran rayon Surra kəndində el qəbirsanlığında  canı qədər sevdiyi torpağa tapşırılır.

Komandirinin əsgər Həsənov haqqında fikirləri:                                                                                        
- Xəyal xüsusi döyüş bacarığı ilə yanaşı həmdə tağımın sanitar vəzifəsini icra edirdi.Əsgər yoldaşları xəsətələndikdə meşələrdən topladığı itburunu, kəklik otu  çayları dəmləyirdi. Onlara şəfa olan Xəyal müharibənin ən qızğın anlarında belə hər birinin halına yanır, qayğılarına qalırdı.Yaralı yoldaşlarının yarasını sarıyır, ağrı kəsici vurur, neçə-neçə şəhid olmuş silahdaşlarını belində təhlükəsiz təpəyə qaldırırdı.  Müharibədən öncəki təlim  günlərində əlindən hər iş gələn Xəyal dostlarının xahişi ilə onlara halva çalır, hamısına daddırır. Bu gün şəhid olmuş neçə Vətən övladı o gün öz halvalarını yeyib döyüşə yollanıblar.   
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti cənab İlham Əliyev Həsənov Xəyal Əliyulla oğlunu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif etmişdir.  Qələbə ruhumuz Müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti heç zaman unudulmayacaq və daim yaşayacaq!

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
 “XeberTıme.az”
  



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ