SON DƏQİQƏ

Azərbaycanın bəzi yolları buz bağlayıb

Tarix:20-01-2022, 17:17

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.
XeberTıme.az  bildirir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yağıntı davam edir.
Bakı - Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.
Muğanlı - İsmayıllı avtomobil yolunda da yağıntı intensiv şəkildə davam edir, 3 dərəcə şaxta var. Ərazidə yolun buz bağlamış hissələrinə qum-duz səpilir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ