SON DƏQİQƏ

Lənkəran MKS-də "Qəhrəmanlar Unudulmur!" adlı tədbir keçirilib- FOTO

Tarix:20-01-2022, 18:35

Lənkəran MKS-də "20 Yanvar" şəhidlərinə həsr olunmuş "Qəhrəmanlar Unudulmur!" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nuranə Nəsirova, gənc müğənni Allahverən Pərviz oğlu, Lənkəran şəhər Gənclər və İdman idarəsinin məsləhətçisi Elnurə Qəniyeva, Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı Samirə Hüseynzadə, Respublika qazetinin bölgə müxbiri Əlisafa Həsənov, Qarabağ qaziləri Rauf Salayev, Aqil Nuriyev çıxış edərək "20 Yanvar" hadisələrindən və Vətən Müharibəsindən bəhs  ediblər. Tədbirdə şəhid Orxan Quluzadənin anası Fatma Qulamova, şəhid Elnur Talıbovun anası Gülçöhrə Talıbova, şəhid Rəşid Məmmədovun anası Gülşən Məmmədova iştirak edib.
Tədbirdə qonaqlar bildirib ki, şəhidlərimizin xatirəsin həmişə əziz tutacayıq. "Unutmadıq Unutmarıq"
Sonda xatirə şəkli çəkdirilib.
 
 “XeberTıme.az”  


 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ