SON DƏQİQƏ

Ağstafada “Müstəqillikdən zəfərə gedən yol” mövzusunda anım tədbiri keçirildi- FOTOLAR

Tarix:20-01-2022, 20:19

“20 Yanvar“ faciəsinin 32-ci il dönümünə həsr olunmuş “Müstəqillikdən zəfərə gedən yol” mövzusunda anım tədbiri  keçirildı.                                    
Ağstafa rayon Gənclər və İdman idarəsi, Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatı təhsil, səhiyyə, mədəniyyət və digər idarə müəssisələrində çalışan YAP fəallarının və gənc könüllülərin iştirakı ilə "Müstəqillikdən zəfərə gedən yol" mövzusunda anım tədbiri keçirilmişdir. Tədbirdə ilk öncə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin və müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə Agstafa rayon Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev, Yeni Azərbaycan Partiyasının Agstafa rayon təşkilatının aparat rəhbəri Tağı İmamverdiyev, YAP fəalları Sahib Salıfov, Vüsal Həsənov və Əli Əliyev çıxış edərək “20 Yanvar” faciəsini Azərbaycanın müsəqillik yolunda yeni mərhələnin başlanğıc nöqtəsi, eyni zamanda həm ümumxalq faciəsi həm də istiqlal və hürriyyət uğrunda xalqımızın milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olmasını qeyd etdilər. Tədbirdə çıxış edən natiqlər faciə baş verəndən dərhal sonra Ümummilli lider Heydər Əliyevin öz həyatını təhlükəyə ataraq Moskvada Azərbaycanın daimi nümayəndəliyində jurnalislətlər qarşısında o vaxtkı SSRİ rəhbərliyinin Bakı şəhərinə qoşun yeridilməsi haqqında yanlış qərar verməsinə öz etirazını bildirməsini qeyd etdilər. Həmçinin tədbirdə natiqlər Vətən müharibəsində Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbədən ətraflı çıxışlar etdilər. 
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

“XeberTıme.az”  

 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ