SON DƏQİQƏ

Azərbaycanda COVİD-19-a gündəlik yoluxma 1600-ü ötdü

Tarix:22-01-2022, 18:34

Azərbaycanda bu gün koronavirus infeksiyasına 1 614 yeni yoluxma faktı qeydə alınıb, 610 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
XeberTıme.az  bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 632 034 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 611 766 nəfər müalicə olunaraq sağalıb, 8 597 nəfər vəfat edib. 11 671 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 846, bu günə qədər isə ümumilikdə 6 056 428 test icra olunub.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ