SON DƏQİQƏ

Laçında yol infrastrukturu yenidən qurulur

Tarix:28-01-2022, 00:20

İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri uğurla davam edir. Bu işlərin ən öndə gedəni isə yolların bərpası, yol -nəqliyyatı infrastrukturunun yenidən qurulmasıdır. Laçın ərazisində də böyük yol infrastruktur işləri görülür.
XeberTıme.az  bildirir ki, 9 ay ərzində Laçının ərazisində bütün istiqamətlərdə yollar genişləndirilib, xeyli istiqamətlərdə yeni yollar salınıb.
Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, ötən ilin aprelindən başlayaraq Laçın və Kəlbəcərdə yol tikintisi və mövcud yolların bərpası işləri gedir. Vaxtilə mövcud olan yollar isə genişləndirilib.
Ərşad Hüseynov bir sıra istiqamətlərdə yeni yollar salındığını vurğulayıb. Bildirib ki, uçurum olan yerlərdə avtomobilin yoldan çıxmaması üçün hələlik sadə üsulla maneələr yaradılıb. Asfalta qədər bütün işlər görülüb.
"Laçında yol işlərini Ordumuzun mühəndis bölmələrinin də iştirakı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cəlb etdiyi müxtəlif təşkilatlar icra edir",- deyə Ərşad Hüseynov əlavə edib.


“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ