“Həkəri” qəzetinin yeni sayında bir-birindən maraqlı yazılar dərc olunub.
“XeberTıme.az” xəbər verir ki, “Həkəri” qəzetinin bu dəfəki, buraxılışında da Vətən müharibəsinin qəhrəman şəhidlərinin qısa həyat yolundan və şərəfli döyüş yolundan, eləcə də bir-birindən maraqlı yazarlar dərc olunub.
Qazetin ön səhifəsində ictimai fəallığın mahiyyəti haqqında filologiya elmləri doktoru, professor, yazıçı-publisist Elçin Mehrəliyevin “Mənəvi ucalığın obrazı” geniş məqaləsi( polkovnik, ictimai xadim Sücəddin Abdullayevin 70 illik yubileyinə ), Zəngəzur-Qubadlı strateji araşdırmalar mərkəızinin direktoru professor, filoloq, tədqiqatçı yazıçı, naşir Əliağa Cəfərovun “Ermənilərin şimali Azərbaycan ərazilərinə köçürülməsi tarixindən” maraqlı yazı dərc olunmuşdur.
Qəzetin 3-cü səhifəsində Qarabağ müharibəsi qazisi, tədqiqatçı-publisist, ilahiyyatçı Hacı Həsən Hüseyninin Vətən müharibəsi şəhidi İzzət Həmidovun əziz xatirəsinə “Ruhun şad olsun,əziz şəhidim!” və “Şəhid Şahinlər!” materialı, Salyan rayonu 2 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Orucovanın aktual mövzuda yazılmış “Orta məktəbdə Azərbaycan dili və ədəbiyyatının öyrədilməsində qarşıya çıxan çətinliklər və onların həlli üçün bəzi tövsiyələr”, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yubleyi münasibəti ilə təşkil olunan xeyriyyə aksiyasından söhbət açılıb. “Qəbələnin səsi”şairlər birliyinin rəhbəri Şəhla Xəlilqızının ustad qələm sahibi Emin Baratoğlunun 44 günlük Vətən müharibəsində döyüşən oğullarımızın xatirəsinə ehtiram olaraq yenicə çapdan çıxmış “Polad ürəkli oğullar” kitabı haqqında yazdığı maraqlı yazı dərc olunub. Fərqanə Hüseynlinin yeni çapdan çıxmış “Vətən Şəhidləri” kitabı işıq üzü görub. “Həkəri” qəzetinin baş redaktoru, yazıçı-publisist Rauf İlyasoğlunun “Şəhid anası Zərifə nənə“ özəl yazısı, qabaqcıl maarif xadimi Əli Eyvazovun əziz xatirəsinə “Şərəfli müəllim ömrü”, Türkiyənin Sivas şəhərində “Şairlər seçkisi, seirlər antologiyası”nın 13-cü sayı işıq üzü görmüşdür" yazıları maraqlı materiallardır. Tələbə dostu Ruslan Göyüşovun əziz xatirəsinə “Bir tələbə dostumuzu da itirdik...” adlı yazısı və şeiri təsirli yazıdır. Rauf İlyasoğlunun qələm dostu Hacı İlham Qurbanoğlunun yaxın günlərdə işıq üzü görmüş “Bulaqların göz yaşı” kitabı haqqında yazısı, Vətən müharibəsi şəhidi Samir Fərzəliyevə yazdığı “Cənnətdə bitən güllər heç zaman solmur” maraqlı yazılardandır. Mehriban Abdllayevanın “Azərkitab”da tədbir, Zərəngiz Dəmirçinin “Qayalı-60”, Rauf İlyasoğlu və Nuşabə Məmmədovanın birgə yazdıqları “Vətənin igid oğulları hər cür hörmətə layiqdirlər” materialları bir-birindən rəgarəng yazılardır.
Filologiya üzrə fəlsəfə doktoru Vərağa Almaslının X. Hüseynovun əziz xatirəsinə həsr etdiyi Bakı folkloru haqqında yazdığı esse və şair, publisist Kirman Rüstəmlinin “Eldar İsmayıl Böyüktürkün əziz xatirəsinə” geniş yazısı və eləcə də “Səni unutmadıq Eldar İsmyıl” seiri olduqca maraqlı yazılardandır.
AJB-nin üzvü Yeganə Telmanqıznın “General-mayor Hilal Nəcəfov şəhid ailələri və kəşfiyyatçı qazilərlə görüşdü” və “Şabranda şəhid ailələri ilə görüş keçirildi” yazıları da qəzetdə yer almışdır.
Qəzetdə həmçinin hər zaman oxucu sevgisini qazanan, bir-birindən maraqlı, rəngarəng yazılmış şeirlər də dərc olunub: Şair-publisist Rauf İlyasoğlunun “Sığın Allah eşqinə sən”, Vətənpərvər ziyalı, xeyirxah insan Şahbəyim Hüseynovanın yubleyinə həsr etdiyi “Şahbəyim xanımın ad günundə”, “Hər an yan öz xalqına elinə”, tələbə dostu Ruslan Göyüşova həsr etdiyi “Tez sağal görüşək”, “20 Yanvar şəhidlərinə”, ATU-nin (1977-1982)-ci illər məzunlarına ithaf etdiyi “Sədaqətli oğuldur”, “Könül duyğularım” kitabından “Görərik insanlıq Abbasbəylidə”, Ümumdünya Türk xalqları Konqresinin “Qızıl medal” mükafatçısı Şükür Museyiboğlunun “Heydər Ölməzdir, Dahidir, Müqəddəsdir!”,tanınmış fizik alim, şair Bəxtiyar Paşayevin “Düşə-düşməyə”, Vidadi Turan Ağdamlının “Unun da qiyməti qalxdı ay millət”, Ülkər Dəryanın “Ağla, mənim Qərənfilim...” və “Zərəf sorağı...” Sərraf Şiruyənin “Millətinə şəfadardı məhşər günü Məhəmməd”, Solmaz Şirvalının “20 Yanvar günləri”, “20 Yanvar günü!”, Nəsrəddin Musayevin xalq şairi Zəlimxan Yaquba ithaf etdiyi “Hayıf”, “Olaydı”, AJB-nin üzvü, “Ədalət İşığında” ədəbi məclisinin sədri, hüquqşünas-şair Ədalət Qafarovun “Ana”, və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Tacəddin İsmayılzadəyə həsr etdiyi “Şəhid Tacəddinə”, Naxçıvan MR-nın Culfa rayonu Ərəfsa kəndində yaşayan Rəqsanə Nəcəfovanın “Mənim Zəfər Bayrağım” və “Naxçıvanım”.
Ad günü təbrikləri, Başsağlıqlar da qəzetdə dərc olunub.
Xatirladaq ki, “Həkəri” qəzeti 19 ildir işıq üzü görür və respublikada ən cox oxunan qəzetlər sırasındadır və 8 səhifədən ibaratdir. Qəzetin baş redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Rauf İlyasoğludur.
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik.
Həkəri qəzeti pulsuz olaraq yayımlanır.
Yeganə Telmanqızı
“XeberTıme.az”







Rauf İlyasoğludur.
Hər bir izləyicimizi qəzetimizin növbəti buraxılışını oxumağa dəvət edirik.
Həkəri qəzeti pulsuz olaraq yayımlanır.
Yeganə Telmanqızı
“XeberTıme.az”