Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Respublikamızın tanınmış vəkili Əkbər Yusifoğlunun təqdimatında "Qanun və İcra” verlişi hər həftənin şənbə günü saat 15:00-dan-16:00-dək canlı yayımda "Dünya TV"-nin efirində nümayiş etdiriləcək.
29.01.2022-ci il tarixində efirə gedən "Qanun və İcra" verlişində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsi “Oğurluq cinayətləri” mövzusu, eləcədə Dispozisiya və Sanksiyalarla bağlı fikir mübadiləsi aparılacaq. Bu maddələrlə əlaqəli milli qanunvericiliyimizin digər maddi və cinayət müddəalarının mahiyyəti açıqlanacaq, sonda isə verlişə ünvanlanmış suallar cavablandırılacaq. Tamaşaçılarımızı bu mövzu barədə maarifləndirmək və onların verlişə ünvanladıqları suallarını cavablandırmaq üçün verlişimizə ekspertlər dəvət etmişik:
1. Qələndər Muxtarlı - Hüquqmüdafiəçisi.
2. Cəlil Mahmudov - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil.
3. Bulud Yusifov– Mediator.
Verlişin informasiya dəstəyi “XeberTıme.az” və “dünyatv.az” sayıtlarına məxsusdur.
Yeganə Telmanqızı
“XeberTıme.az”