SON DƏQİQƏ

Məktəb şagirdləri Vətən müharibəsi qazisi Ramin Bayramov ilə görüşdü+ FOTOLAR

Tarix:30-01-2022, 19:52

İgidliyi ilə tarix yazan qəhrəmanımız!                                         
“Sonunu fikirləşən qəhrəman olmaz” lahiyyəsi ilə Sumqayıt şəhər 5 saylı tam orta məktəbin şəhid Kərim Əhmədəlyevin adını daşıyan 3 A sinifinin şagirdləri  mütamadə olaraq şəhid və qazi ailələrini ziyarət edirlər. Bu gün sinifin bir sıra şagirdləri, sinif rəhbəri, məktəbin təqaütdə olan müəlliməsi Rəfiqə Abbasova və bir neçə valdeynləri müxtəlif ərzaqlar və hədiyyələrlə Vətən müharibəsində qəhrəmanlıqla vuruşan qazi Ramin Bayramovun ailəsini ziyarət etdilər.                       
Maraqlı keçən görüşdə şagirdlərələ birgə Azərbaycanın Dövlət himni oxundu. Torpaqlarımız uğrunda şəhidlik zirvəsinə ucalan oğul və qazlarımızın xatirəsi ehtiramla yad olundu.         
Sonra qazi R.Bayramov keçdiyi şərəfli döyüş yolundan, Zəfər qələbəsi ilə başa çatan Vətən müharibəsindən  söhbət   etdi. Qorxmaz döyüşçünün Vətən müharibəsində vuruşaraq adını Qələbə tarixindən yazdırmağı ilə fəxr etdiyini bildirdi.                                                               

Sumqayıt şəhər 5 saylı tam orta məktəbin şəhid Kərim Əhmədəlyevin adını daşıyan 3 A sinifin rəhbəri Xatirə Fərmanova öz fikirlərini “XeberTıme.az”-la bölüşdü:                        

- Bu müqəddəs savaşın bütün şəhid və qazilərinə bir ömür borcumuz var. Vətən, torpaq, yurd deyəndə öncə onu yaşadanları düşünürsən. Mən hər gün şagirdlərə vətənpərvərliyi, Vətəni sevməyi aşlayıram. Bu gün  rəhbəri olduğum sinifin şagirdləri bir qəhrəmanı da tanıdı və onun qəhrəmanlıqla keçdiyi döyüş yolunu öyrəndilər. Belə görüşlərin tez-tez keçirilməsi vacibdir.   

Görüş xoş təssüratlarla yadda qaldı. Sonda xatirə şəkilləri çəkildi. 

Yeganə Telmanqızı               
“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ