SON DƏQİQƏ

UNUDULMAZ LİDER!

Tarix:31-01-2022, 11:04

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 138 il ötür                                                                                 “Ah Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzlara rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyatı diyorduq: soldan və sağdan hər növ hucuma məruz qalırdıq”.      
Bu sözlər Azərbaycan Demokratik Cümhuruyyətinin banisi, böyük şəxsiyyət, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütfəkkir və xalqımızın böyük oğlu olan Məhəmməd Əmin Rəsulzadəyə aiddir.                                                                                 
1884-cü ilin soyuq yanvar ayının 31-i idi. Bakının Novxanı kəndində Axund Hacı Molla Ələkbər kişinin evində Azərbaycan üçün tarix yazacaq bir körpə dünyaya göz açdı. Atası din xadimi olsada həyata açıq gözlə baxmış məktəb yaşına çatmış oğlunu şəriət dərslərinə yox dünyavi elmləri öyrətməyə yönəltmişdir. Onun oğlu məşhur pedaqoq Qənizadənin müdir olduğu ikinci “Rus-müsəlman” məktəbinə daxil olur və bu da onun gələcək həyat yolunda böyük rol oynamışdır. Buranı bitirdikdən sonra Rəsulzadə təhsilini Bakı texniki məktəbində rus dilində davam etdirmişdir. 17 yaşında 1902-ci ildə Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı  yaratmışdır. Bu XX-ci əsrin əvvəllərində  Azərbaycanda çar üsul-idarəsinə qarşı ilk təşkilat idi. 1908-ci il 5 dekabrda Məhəmməd Əminin “Qaranlıqda işıqlar” pyesi tamaşaya qoyuldu. Pyesin ana xətti milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. Onun bu pyesi Azərbaycanda milli istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridi. Rəsulzadə 1908-ci ildə İrana yola düşür, Cənubi Azərbaycanın səhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini görür. Avropada təhsil görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokratik partiyasının əsasını qoyur. Türk və İslam dünyasında ilk demokratik, hüquq və dünyavi dövlət nümunəsi olan-Azərbaycan Demokratik Respublikası- deyilərkən ilk ağıla gələn Məhəmməd Əmin Rəsulzadə olur. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası elan edildikdən sonra 1918-ci il mayın 28-də Milli Şuranın İstiqlal Bəyannaməsi oxundu, ölkənin radio stansiyaları və qazetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. M.Ə Rəsulzadə yazırdı ki, “Biz müstəqil dövlət həyatına birdən-birə gəlməmişik yəni 1918-ci il mayin 28-nə kimi Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu baradə bir kəlmə də yoxdur”. Cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü çox böyük və dəyərli işlərdə M.Ə. Rəsulzadənin öz rolu, öz əməyi olmuşdur. Bütün bunlar danılmaz tarixi həqiqətlərdir.  Dahi insan Rəsulzadənin Azərbaycan və Türk dünyası üçün etdikləri saymaqla bitməz. Siyasi fəaliyyəti ilə yanaşı ədəbi yaradıcılığınıda davam etdirən M.Ə. Rəsulzadənin “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qazetlərində çap olunmuşdur. 1933-cü ildə Rəsulzadənin Berlindı çap olunan “Azərbaycan Respublikası haqqında bəzi qeydlər”adlı kitabı da böyük maraq doğururdu. O həmdə görkəmli ədəbiyyatşunas idi. 1938-ci ildə Berlində alman dilində “Azərbaycanın problemi” və 1939-cu ildə Varşavada polyak dilində “Azərbaycanın hüriyyət savaşı” kitablarıda çap olunmuşdur. Ankara... 1955-ci il 6 mart saat 22:50 Unudulmaz dahi Lider  Məhəmməd Əmin Rəsulzadə üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” kəlməsi bitən bu dahinin vəfatı bütün türk dünyası üçün ağır bir itki oldu.  
Bu gün “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı böyükdən kiçiyə hər kəsin dilinin əzbəridir. Bu şüar bizlərə M.Ə.Rəsulzadədən yadigar qalan bayrağa hörmət simvolu, azadlıq hərəkatının devizidir.                                                                  
Yeni yaşın mübarək Unudulnaz Lider!
Yeganə Telmanqızı 
“XeberTıme.az”                                                                                                                                                                          
       

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ