SON DƏQİQƏ

Dünya Şokalad Gününə həsr olunmuş sərgi keçirilib-FOTO

Tarix:Dünən, 08:18

İyulun 7-də layihə rəhbəri Aygün Əzizovanın olduğu Dünya Şokalad Gününə həsr olunmuş sərgi Beynəlxalq Qalereyada təşkil olundu . Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgi iştirakçılarını salamlayaraq qeyd etdi ki: "Hörmətli təşkilatçılar, dəyərli qonaqlar, əziz sənətsevərlər ve hörmətli iştirakçılar,bu gün burada toplaşaraq yalnız bir mükafatlandırma mərasiminə deyil, həm də yaradıcılığın, zəhmətin və ilhamın qələbəsinə şahidlik edirik. Onlayn formatda keçirilən bu beynəlxalq rəsm sərgisi Beynəlxalq Qalereya, World Art Club ve Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Medina Art Qalereyasının ortaq layihəsi olaraq incəsənətin sərhəd tanımadığını bir daha sübut etdi.
 
Naile Rüstəmovanın rəhbərlik etdiyi N.N Sweet şirkətinin tərəfdaşlığı isə Aygün Əzizovanın layihə rəhbəri olduğu bu sərgiyə şirin bir ruh qatdı həm sözün əsl, həm de məcazi mənasında.
 
Bu gün burada yalnız incəsənətin deyil, həm də şokoladın möcüzəli dünyasının təntənəsin qeyd edirik. Ümumdünya Şokolad Gününə həsr olunmuş onlayn rəsm sərgimiz dadın ve yaradıcılığın ahəngini bir araya gətirərək unikal bir sənət bayramına çevrildi.
 
Xüsusilə bu platformada Azərbaycanlı rəssamlarımızın nümayiş etdirdiyi bacarıq, duyğu və fərdi bədii baxış bizə böyük qürur hissi yaşatdı. Onların əsərləri texnologiya vasitəsilə sərhədləri aşaraq, qitələr arasında sükut içində danışdı, hisslər ötürdü, qəlblərə toxundu.
 
Bugünkü mükafatlar sadəcə fiziki simvollar deyil. Onlar sənətin əzm, orijinallıq və ruhun dərinliklərinə səyahət etdiyini tanımağın bir göstəricisidir. Hər biriniz yalnız özünüzü deyil eyni zamanda Azərbaycan incəsənətini də beynəlxalq səviyyədə təmsil etdiniz.
 
Azərbaycanlı iştirakçılarımız sərgidə incə zövqləri, yaradıcı təxəyyülləri və rənglərlə oynama bacarıqları ilə fərqləndilər. Onların əsərlərində şokolad yalnız bir qida deyil, bi simvola, bir duyğuya və bir hekayəyə çevrildi.
 
Əziz rəssamlar, bu mükafatlar sizin yaradıcılıq cəsarətinizin və sənətə olan sevginizi rəmzidir. Siz bu sərgi vasitəsilə bizə göstərdiniz ki, şirinlik təkcə damaqda deyil, eyr zamanda fırçanın yaratdığı əsərdə də mümkündür.
 
Əziz rəssamlar, unutmayın: hər bir fırça zərbəniz bir dünyadır. Və bu dünya yalnız bu gü deyil, sabah da danışacaq, ilham verəcək, düşündürəcək. Sizlər bizə göstərdiniz incəsənət uzaqlıqları yaxın edir, dilləri susduraraq gözəlliklə ünsiyyət qurur.
 
Sizi təbrik edir, uğurlarınızın davamını diləyirəm. Qoy sənətinizin yolu hər zaman işı olsun!"
Sərgidə Ağdam Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin müəllimi Hüseynova Samirə tələbələri ilə, Şəhanə Tədris Mərkəzinin Rəhbəri Şəhanə Paşayeva tələbələri ilə, rəssam Abbas Əliyev, rəssam Kifayət Nəzərova, rəssam Camalzadə Lalə, rəssam Rəhilə Məhərrəmova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə, rəssam Aygün Qürbətova iştirak edirdilər. İştirakçılar diplomla təltif olundular.  N.N Sweet şirkəti tərəfindən hər bir iştirakçıya xüsusi şokoladlar hədiyyə olundu. Sonda xatirə fotoları çəkildi. 



 
Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ