SON DƏQİQƏ

Kamilə Kazımova-İnsanlığın necə olduğunu nümunə qoyub gedən təkrarsız İNSAN!

Tarix:Dünən, 22:46

Çox hörmətli tələbəm, həmkarım, qardaşım -Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin dekan müavini Daxil müəllim fiziki olaraq aramızda olmasa da, mənəvi olaraq Bakı Dövlət Universitetinin bütün kollektivinin, doğmalarının, sevənlərinin, bir sözlə, hər birimizin  xatirələrində yaşayır və əbədi yaşayacaq!
Sonsuz etik dəyərlərə malik olması, güclü yumor hissi, müsbət enerjisi, hər kəsə qarşı empatiyası ilə seçilən Daxil müəllim əsl insanlıq nümunəsi idi. Onun müsbət insani keyfiyyətlərə malik olan təkrarsız xarakteri onu tanıyan hər kəsin yaddaşında dərin iz qoyub.
Məkanın cənnət olsun, dəyərli Daxil müəllim! Ey İNSANLIĞIN necə olduğunu  nümunə qoyub gedən təkrarsız İNSAN!                   
Çox hörmət etdiyim tələbəm, həmkarım, qardaşım -Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinin dekan müavini Daxil müəllimin vaxtsız və gözlənilməz olaraq dünyasını dəyişməsi məni və onu sevənləri olduqca kədərləndirdi!!!  Sanki bir əzizimizi, doğmamızı itirdik. Daxil müəllim evdən yox, eldən getdi... Qəlbimizin haykıran səsini Daxil müəlliimin əziz xatirəsinə həsr etdiyim bu şeir parçasına köcürtməklə bəlkə bir az təsəlli taparıq dedim!!!
 
Vaxtsız bizi tərk edərək sən getdin qardaş, 
Bəs son sözlərini de kim deyəcək? 
Səni sonsuz sevən tələbələrinə 
Ay gözümün işığı, de, kim deyəcək?
 
Niyə həsrət qoydun əzizlərini, 
Səni sonsuz sayda sevənlərini, 
De niyə bilmədin sən öz qədrini, 
Qəm kədər içində qoydun bizləri.
 
De niyə açmırsan zənglərimizi,
Bəs heç görmürsənmi dərdlərimizi? 
De niyə baxaraq ancaq susursan, 
Kimə əmanət etdin tələbələrini?
 
Atan danışdıqca xatirələrini,
Ananın gözləri axtarır səni.
Xanımın düşüncə xəyal içində, 
 Gözləyir içəri girərsən indi!!!
 
 
Kamilə Kazımova 
Bakı Dövlət Universiteti Psixologiya kafedrasının dosenti,
psixologiya üzrə fəlsəfə doktoru, Klinik psixoloq-konsultant, hipnoterapevt, 
APA-nın (Amerika Psixoloqlar Assosiasiyası)  
Beynəlxalq Hipnoz Cəmiyyətinin üzvü (Fransa-Paris)

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ