SON DƏQİQƏ

Lənkəranda Şəhid Elnur Talıbovun ailəsi ziyarət edilib- FOTO

Tarix:31-01-2022, 23:27

Lənkəranın İctimai fəal Gənci Gənc müğənni Allahverən Pərviz oğlu və Pedaqoq Samirə Hüseynzadə Vətən Müharibəsində Qəhrəmancasına Şəhid olmuş Elnur Talıbovun ailəsin ziyarət ediblər.Görüş dövlətimiz tərəfindən şəhidin valideyinlərinə verilən mənzildə  baş tutub. Görüş zamanı Atası Gəgiş Talıbov Anası Gülçöhrə Talıbova Şəhid Elnur Talıbovun göstərdiyi Qəhrəmanlıqdan və onun döyüş yolundan bəhs ediblər. Gənc müğənni Allahverən Pərviz oğlu və Pedaqoq Samirə Hüseynzadə valiyidenlərə bildiriblər ki, Elnur Talıbovun döyüş yolu gənclərimiz üçün bir örnəkdir.

Biz onun 44 günlük müharibədə keçdiyi yolun əhəmiyyəti və qəhrəmanlığı haqqında məktəbimizdə tədbirlər keçirməklə onun döyüş yolunu yetişən gənclər üçün bir nümunə kimi təqdim edəcəyik. Görüşdə həmçinin qeyd edilib ki, Şəhid Elnur Talıbov  daim qəlblərdə yaşayacaq.

Görüşün sonunda Gənc müğənni Allahverən Pərviz oğlu və Pedaqoq Samirə Hüseynzadə Şəhidin ailəsinə səbr diləyiblər.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ