Bu gün Sumqayıt Dövlət Rəsm Qalereyasının qonağı oldum.
Qalereyanın direktoru Ellada Həsənova burada sərgilənən əsərlərdən eləcədə bir-birindən maraqlı sərgilərdən ətraflıə məlumat verdi və sərgilənən əl işlərəindən danışdı.
- Rəssamlar həyatdan aldığı sevinci əvvəlcə ağ kağıza sonra kətan üzərində ifadə edir. Yeganə xanım bir müdrik yanaşma var; Əlləri ilə, ağlı ilə, ürəyi ilə işləyən insan sənətkardır. Bəli bizim qaleriyada sərgilənən rəssamların əl işləri əsl sənatkar rəsmləridir. Cünki onların hər birinin yanaşması ürəkdən gələn bir işdir. Qaleriyamızda yaxın günlərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Sumqayıt Regional Mədəniyyət idarəsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə lahiyyəsi olan “Zirvəyə Ucalanlar” adlı möhtəşəm bir sərgimiz təqdim olundu. Məqsədimiz bu cür sərgilər vasitəsi ilə Zəfər tariximizi yazan oğullarımızı tanıtmaq və onların ailələrinin yanında olmaqdır. Artıq neçə gündür burada Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın rəsmlərindən ibarət xalılar sərgilənir. İnşallah qarşıda bizi bir sıra möhtəşəm sərgilər gözləyir.
Bizdə “XeberTıme.az” informasiya portalı olaraq sizə və işçi heyyətinizə qarşıdakı işlərinizdə bol-bol uğurlar arzulayıram.
Yeganə Telmanqızı
“XeberTıme.az”