SON DƏQİQƏ

Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur.

Tarix:3-02-2022, 13:52

Tarixən Azərbaycan igidlərinin Vətən sevgisindən , torpaq məhəbbətindən dastanlar yazılıb , nəğmələr oxunub.. Bu sevginin əzəməti Vətənin hər daşında , hər qayasında bərkiyəyərək düşmən qarşısında sipərə çevrilib. 
Canını torpaq üçün fəda edənlərə isə xalq sevgisi , el məhəbbəti də elə onların özü qədər sarsılmaz və əzəmətli olub. 
Bir evdə doğulub minlərlə evin övladına çevirənlər Vətəni qorumaqla yanaşı daha bir müqəddəs missiyanı da - insanları bir - birinə   doğmalaşdırmaq missiyasını - uğurla yerinə yetirdilər. 
Uşaqlığından  yaxınlığından aslı olmayaraq insanları doğmalaşdırmaq...
Bu gün öz ailəsini  bizlərə doğmalaşdırılmış  qəhrəmanlardan birinin -  Şəhid Marif   Sarıyevin anım günüdür...
Doğma ana məhəbbəti ilə evinə gələn hər bir insana qucaq açan   Böyükxanım  ananın oğlunun ....
Düz 20 il öncə bu gün şəhadətə yüksəlmiş bir igidin. 
Marif Əlimusa oğlu Sarıyev 1980-cı il avqustun 19-u Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində anadan olub. O, kənd orta məktəbində təhsil alıb. Marif 2000-ci ildə Vətənə  xidməti borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. Xidmətini Füzuli rayonunda keçir.  Qüsursuz xidmətinə görə Tağım komandirinin müavinliyinə qədər yüksələn Marif hərbi xidmətinin bitməsinə az qalmış - 2002-ci fevral ayının 2-də əsgər yoldaşını xilas etmək üçün özünü  düşmən tərəfin (atəşkəs olmasına baxmayaraq) atdığı qumbaranın üstünə atır...
Dostunun həyatını xilas etməklə özü Şəhadətə yüksəlir. 
Ulu torpağın qəhrəman övladı müqəddəs ruhun qarşısında baş əyirəm..
Şəhadətin mübarək...

M.Sadıqova- araşdırmaçı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ