SON DƏQİQƏ

Qazi Elçin Məmmədov Ali Baş Komandanın rəhbərliyi altında "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazırdır

Tarix:14-12-2020, 23:57

Elçin kimi vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqı fəxr edir!Bu gün bir vətəndaş olaraq hər birimiz Qarabağ torpaqlarının erməni hərbi birləşmələrindən təmizlənməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdar olmalı, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməliyik. Vətən naminə döyüşən və yaralanan qazilərimizidə hər zaman borcluyuq. Böyük Qələbənin qazanılmasında pay sahibi olan oğullarımızdan biri də yaralanaraq Qazi olmuş (MAXE) Məmmədov Elçin Əli oğludur. O, Ağstafa rayonunun Dağ kəsəmən kəndində anadan olub. Müddətdən Artıq Hərbi Qulluqçu kimi Aprel döyüşlərindədə fəal iştrak etmişdi. 27 sentyabr Vətən müharbəsi başlayandan torpaqlarının müdafiəsi uğrunda Elçin Məmmədov əsil igidlik göstəridi. Daşkəsən, Kəlbəcər rayonları istiqamətində gedən döyüşlərdə iştirak etdi.15 oktyabr 2020-ci il tarixdə Murovdağ istiqamətində yanına Ağır mərmi düşməsi nəticəsində ayağınan və başınnan qəlpə yaraları almışdı. Bir müddət sonra yaralı kimi hospitaldan müalicə üçün evə göndərildi.Yaralı qazimiz bununla belə boş dayanmayaraq, şəhidlərimizin izdhamlı dəfində iştrak etdi. Bizdə Əfqanstan vetranları İB-nin Ağstafa filialı olaraq, Dağkəsəməndən olan, fəal gənc Namiq Həsənovla birlikdə qazimiz Elçin Məmmədovun evində olduq və valideylərinə göz aydınlığı verərək onun səhhəti və qayğıları ilə maraqlandıq. Yaralı qazimizin tezliklə sağalmasını arzuladıq. Qazilərmizə göstərilən diqqət və qayğı misyamızı bundan sonra da davam edəcəyik. Bizi qələbə ilə sevindirən Elçin kimi vətənpərvər oğullarımızla bütün Azərbaycan xalqı fəxr edir. Vətən uğrunda gedən döyüşlərdə yaralanmasına baxmayaraq Elçin Məmmədov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun "İrəli!” əmrini bu gün də yerinə yetirməyə hazır olduğunu bildirdi. Qazimizin atası Əli Məmmədov təkcə oğlu Elçinlə deyil, bütün hərbçilərimizlə fəxir etdiyini dilə gətirdi. Qələbəyə görə hərbçilərimizin minnətdar olduğunu söylədi.                                                          

Allah bütün qazilərimizə şəfa versin!


 Mirzahid Haciyev
Əfqanistan Veteranlari İB                                              
 Aqstafa rayon filialının sədri


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ