Təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan 2 Fevral Gənclər gününun 25 illiyinə həsr olunmuş layihə rəhbəri, təşkilatçısı Elnurə və Aygün İsgəndərovaların olduğu "Zəfərlə İrəli Gənclər" adlı sərgi- tədbir Azərkitab-Kitab mərkəzində keçirildi.
Sərgidə 80 gənc rəssam 80 əsəri ilə iştirak edirdi . Sərginin dəstəkçiləri " Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai birliyinin sədri Nadir Azəri , " Koshiki Karate " fedarasiyasının vitse prezidenti, professor Ənvər Həzərxanov , " Galera " Sənət Mərkəzinin direktoru Mənsur Əsgərli iştirak edirdilər. Sərginin fəxri qonağı millət vəkili Razi Nurullayev sərginin gənclərin dünya görüşündə böyük rol oynadığını bildirdi və hər bir iştirakçını təbrik edib uğurlar arzuladı. Tədbirdə iştirak edən Vətən müharibəsi qazisi Elçin Nəsirov, Turan Hüseyinli , Tural Əsgərov "İyilik Üretenler" dərnəyinin "Kahraman Gazi Onur belgesi" ilə təltif olundular . Faberlik şirkətinin nümayəndəsi Bakıxanov 70 448 nömrəli məntəqənin rəhbəri Gülarə Əhmədovanın qazilərimiz üçün göndərdiyi Faberlik şirkətinə məxsus hədiyyələr təqdim edildi. Sonda bütün sərgidə əsəri sərgilənən rəssamlar Fəxri Fərmanlarla təltif olundular. Sərgi-tədbirin bədii hissəsində gənc rəqqasə Fatimə Rüstəmova iki rəqs nümunəsi ilə çıxış etdi.
XeberTıme.az
Xüsusi müxbir: Aygün Oqtay