SON DƏQİQƏ

Yoluxma sürətlə ARTIR - Daha 18 nəfər ÖLDÜ

Tarix:3-02-2022, 23:07

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 6113 yeni yoluxma faktı qeydə alınıb, 3267 nəfər müalicə olunaraq sağalıb.
XeberTıme.az  bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 676426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 633994 nəfər müalicə olunaraq sağalıb, 8797 nəfər vəfat edib, aktiv xəstə sayı 33635 nəfərdir.
 
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17272, ötən müddət ərzində isə ümumilikdə 6208402 test aparılıb.


“XeberTıme.az”


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ