SON DƏQİQƏ

Ordubada 46 santimetr qar yağıb - FAKTİKİ HAVA

Tarix:5-02-2022, 21:03

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
XeberTıme.az  bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, gecədən ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi güclənib.
Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 7 mm, Göygöldə 4 mm, Daşkəsəndə 2 mm, Quba, Qrız, Sarıbaş (Qax), Gədəbəydə 1 mm-dək qar, Sədərək, Şərur, Ordubadda 2 mm, Xaçmaz, Şabran, Bərdə, Kürdəmir, Lerik, Astara, Naxçıvan, Xaçmaz, Bakıda və Abşeron yarımadasında 1 mm-dək yağış yağıb.
Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 46 sm, Sarıbaşda (Qax) 18 sm, Ləzədə 12 sm, Qrızda 10 sm, Göygöldə 5 sm, Daşkəsəndə 4 sm olub.
Şimal-qərb küləyi Naftalanda 32 m/s, Tərtərdə 28 m/s, Mingəçevirdə 25 m/s, Ceyrançöl, Şəki, Gəncə, Bərdədə 20 m/s, Ağdamda 18 m/s, Şəmkir, Zərdabda 16 m/s, Bakıda və Abşeron yarımadasında 17-20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3 metrə çatıb.

“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ