SON DƏQİQƏ

XX-əsrin navator musiqiçisi - Qara Qarayev

Tarix:5-02-2022, 21:17

Bu gün XX-əsrin navator musiqiçisinin Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndəsi Qara Qarayevin anadan olmasından 104 il keçir.                                                                  
“Əsl həqiqi istedad ilahi nurundan bir zərəcikdir. Bu zərəciklə şərəfləndirilən insanlar özlərində qeyri-adi zəkanı parlaq intlekti və bununla yanaşı öncə yumoru, sadəliyi etibar edirlər. Bu zərəcikdən ömrü boyu alışıb yanırlar və ürəklərinin alovu ilə digərlərinin həyatını işıqlandırırlar”. Bu fikirlər dahi bəstəkar, navator, Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biri, bəşəri hörmət qazanmış Qara  Qarayevə məxsusdur. O yeni dövrdə Azərbaycan musiqisini yeni mərhələyə qaldırmışdır. Qarayev ümumiyyətlə həmişə döyüşkən insan olub, o qarşısına qoyduğu məqsədlərə doğru inamla addımlayıb. Q.Qarayev 1918-ci il fevralin 5-də Bakı şəhərində məhşur həkim-pediatr Əbülfəz Qarayev və Sona xanım İsgəndər qızının ailəsində anadan olmuşdur. Onun atası tanınmış həkim-pediatr, tibb elmləri doktoru, professor,anası hər tərəfli təhsil almış, poeziyaya və musiqiyə həvəs göstərən istedadlı azərbacan xanimlarından idi. Qarayev mənsub olduğu nəsildə özünü musiqi sənətinə həsr etmiş ilk simadı. Valdeyinləri onun hər tərəfli inkişafı üçün musiqi məktəbinə qoyurlar, elə balaca Qaranı musiqi aləminə aparan yol burdan başlanır. Azərbaycan Dövlət Konservatoryası yanında musiqi məktəbini bitirdikdən sonra o musiqi texnikomunda təhsil alır. Dahi Ü.Hacıbəylinin mənəvi estetik məktəbini mənimsəmiş və Üzeyir bəy ona Azərbaycan musiqisinin əsalarından dərs deyir. Ü.Hacıbəyovun məktəbindən bəhrələndikdən sonra o,dünya musiqi xəzinəsinə daxil olmuşdur, buna görə də Qarayev nə qədər novator və böyük bəşəri sənətkardırsa bir o qədər də böyük milli sənətkardır, Azərbaycan bəstəkarıdır. Qarayev 1946-ci ildə Moskva Dövlət Konservatoryasında Dimitri Şostakoviçin tələbəsi olmuşdur.Qarayevin xoşbəxtliyi ondadır ki, o klassik bəstəkar kimi tanınmışdır.O heç bir notu düşünülməmiş kağız üzərinə yazmırdı, hər bir yazdığı əsər üçün məsuliyyət daşıyırdı. Onun səviyyəsi, peşəsinə münasibət bizim musiqimizin dünya musiqisinə bir töhfə olması üçün çox böyük zəmin idi. Qarayev öz istedadını elə   gənclik illərində göstərmişdir. Onun “leyli və Məcnun”simfonik poeması,  “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri artıq bütün dünyada tanınır. Qarayev öz yaradıcılığı ilə bir sıra ilklərə imza atdı.Əsərləri dünya səhnələrində ifa olunan və beynəlxalq aləmdə tanınan ilk Azərbaycan bəstəkarıdır. Birinci simfonyası ilə Azərbaycanda simfonyanın təməlini qoyaraq musiqinin bütün janrlarinda əsərlər yaratdı. Bunların sırasında oratoryaları, kantataları, operaları, baletləri, simfonyaları, kamera inistrumental əsərləri, fortepiano pyesləri,mahnı və romansları, kino musiqiləri, tamaşalara yazılmış musiqiləri var. Onun hər bir musiqisinin ilkin səslənməsi musiqi aləmində bir hadisəyə çevrilərək musiqimizdə əsaslı bir dönüş yaratdı. Qarayevin öz yaradıcılıq prinsipi vardı.O mütəfəkkir sənətkar olmaqla yanaşı həm də böyük pedaqoq idi.Onun yetişdirdiyi Azərbaycan bəstəkarlarının səciyyəvi xüsusiyyətlərindən biri də milliliyin və bəşərliliyin dialektiv vəhdətidir. A.Məlikovun, F.Qarayevin, F.Əlizadənin və başqalarının əsərləri doğma xalqın məhəbbəti ilə bərabər digər xalqlarında marağını və məhəbbətini qazanırsa, onalrın simfonik əsərləri müxtəlif ölkələrədə səslənirsə,baletləri müxtəlif teatr səhnələrində tamaşaya qoyulursa müasir Azərbaycan musiqisinin bu günki uğurlarında heç şübhəsiz Q.Qarayevin böyük payı var. Sağlığında dahi adlandırılmaq hər adama nəsib olmur, Qarayev sağ ikən dahi adlandırılmışdır. Qarayev XX əsrdə yaşayıb yaratmış böyük bəşəri bəstəkar,dünya miqyaslı böyük sənətkarlardan idi. O əsərlərini dünya səhnələrində səsləndirmək, tamaşaya qoymaq üçün vətəndən uzaqda yaşayıb yaratdı. Qarayev 1982-ci il 13 mayda Moskva şəhərində 64 yaşında ləyaqətli, məğrur haqq dünyasına ucaldı. Moskva Konservatoryasında onunla vida mərasimi keçirilir. Heydər Əliyev Moskvaya təyyarə göndərir Qarayevin cənazəsi Bakıya gətirilir birinci Fəxri Xiyabanda dəfn olunur.13 il əvvəl 1969-cu ildə gündəliyində yazdığı bir fikir: ”İnsanın həyatında ən ali an ölümdür. Həmin anda insan həyatda qalmışlardan yüksəklərə qalxmış bir nəhəng olur. Həyatla vidalaşarkən o dəyişir. O ölmlə təkbə tək qalır. Əsl böyük adam o adamdır ki, həmin anda baş verənlərin mənasını dərk edərək ləyaqətlə ölümlə birləşsin”.                     
Qarayev  deputat, akdemik idi. O, bir sıra ordenlərə, dövlət mükafatlarına, fəxri adlara layiq görülmüşdür. Lakin bütün bunlarla yanaşı onun ən yüksək adı sadəcə Qara Qarayev... və bu gündə belədir. 

Yeganə Telmanqızı                                                                      
“XeberTıme.az”  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ