SON DƏQİQƏ

Şəhid Vüsal Muradovun ailəsi ziyarət olundu- FOTOLAR

Tarix:6-02-2022, 21:12

Ziyarətdə “Ümid" Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova, "XeberTıme.az" informasiya portalının direktoru Yeganə Telmanqızı, Vətən müharibəsi səhidinin anası Sevil İsmayılova  iştirak edirdilər.    Şəhidin anası Kəmalə xanım Vüsalın məktəb illərindən, təhsil illərindən, Vətənə sonsuz bağlılığından, keçdiyi şərəfli döyüş yolundan danışdı və xoş xatirələrlə, ehtiramla anıldı

Azərbaycan Ordusunun kiçik leytenantı olan Vüsal Muradov Kursant kimi müharibəyə gedib şəhid kimi qayıdır. O, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kəşfiyyatçı fakültəsinin V sinif Kursantı idi. 2020-ci ilin 27 sentyabr leytenant rütbəsini alır. Sentyabrın 29-da Vətən müharibəsinə yollanır. V.Muradovun ilk döyüş yolu Füzuli rayonundan başlanır. Qubadlı, Zəngilan   istiqamətində gedən döyüşlərdə 7 yüksəklik, 7 kənd alırlar. Sonra Hadrutun Ziyarətgah dağında 3 erməni ilə vuruşur. 29 oktyabr Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə mərdliklə vuruşur və döyüşlər zamanı 21 yaşında şəhidlik zirvəsinə ucalır. Döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyev Muradov Vüsal Cəsarət oğlunu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif etmişdir.  


Xoş görüşün sonunda “Ümid" Xeyriyyə Cəmiyyətinin sədri Raya xanım Kəmalə anaya, Sevil anaya qələbəmizin rəmzi olan “Xarı Bülbül” rəsmini əks etdirən baş örpəyi bağışladı.



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!


Yeganə Telmanqızı
“XeberTıme.az”
                                                                      
                                                                                                                                                               
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ