SON DƏQİQƏ

Yeni yaşın mübarək Xalqımın Mübariz oğlu!

Tarix:7-02-2022, 10:56

Xalqımızın Mübariz oğlunun bu gün doğum günüdür. 

Ölümü ilə tariximizə şərəfli səhifə yazan Mübariz İbrahimovun bu gün doğum günüdür. Ad qazanmaq tək-tək adamlara nəsib olur. O adamlara nəsib olur  ki, onlara ayaqlarını yerə inamla basırlar. Vətən səninlə fəxr edir Mübariz İbrahimov. Mübariz Ağakərim oğlu İbrahimov- 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində sadə və kasıb ailədə Ağakərim kişinin evində 3-cü oğlu dunyaya gəlir. Gəlişi ilə evə sevinc nur gətirir, ailənin sevimli oğlu olur. 1994-cü ildə şəhid  M.Piriyev adına Əliabad kənd orta məktəbinə kiçik, arıq, sarışın, çantasına gücü çatmayan bir oğlan 1-ci sinifə  daxil olur. Müəllimənin ilk gündən diqqətini cəlb edən bu oğlandan müəllimə soruşanda ki, böyüyəndə kim olacaqsan Mübariz “Əsgər olacam” deyir. O böyüdükcə təmkinli, ağıllı, səbrli, ədalətli idi. Mübariz təbiətən çox sakit adam idi, amma bu sakitliyin altında böyük bir çılğınlıq vətənə bir sevgi vardı. Ona dərs deyən müəllimlər vətənə qarşı məhəbbət, vətəni qorumağı, sevməyi aşlayırlar. Mübariz onların dediyindəndə yüksək fikirdə oldu. Vətənə qarşı yüksək fikirdə olub vətənini daima sevdi. 2005-ci ildə orta təhsilini başa vurub həmən il   həqiqi hərbi xidmətə çağrılır. Əsgəri xidmətini daxili qoşuları N saylı hərbi hissəsinin xüsusi bölüyündə keçirib, hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurur. O idmanla əsas da boksla məşğul olurdu. Bir müddət mülki işlərdə işlədikdən sonra 2008-ci ili   yayında yenidən öz arzusu ilə hərbi xidmətə qayıtmaq istəyir. Lakin valdeyinləri razılıq vermir. 2009-cu ilin avqust ayında valdeyinlərini razı salıb gizir kursunda oxumağa başlayır. Kursu başa vurandan sonra könüllü olaraq ərizə yazdı ki, mən  ön cəbhədə qulluq etmək istəyirəm. Valdeyinlərinə bunun ücün mənə halallıq verin deyir. Mən Vətənim üçün ön cəbhədə olmalıyam, düşmənlərdən millətəmin intiqamını almalıyam, borcumu oğul kimi yerinə yetirməliyəm deyib atasının, anasının ayaqlarına qapanaraq mənə halalıq verin gedim deyir. Mübariz İbrahimov belə bir cəsarətin, belə bir qeytrətin və belə bir namusun sahibi idi. 2009-cu ildən yenidən hərbi xidmətdə çalışmağa başlayır.Ön cəbhədə qulluq etməyə reallaşdırıb öz arzusu ilə cəbhə bölgəsinə Tərtər rayonundakı N saylı   hərbi hissə qoşunların təmas xəttinə göndərilir. Sonunu düşünən qəhrəman olmaz! Beləcə ölümə doğru yol aldı Mübariz.                                                                                                  

2010-cu il 18 iyun gecə saat 23:30 radələrində... Gizir Mübariz İbrahimov iki ordu arasındakı bir kilometrlik minalanmış ərazini keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif olmaqlarını üzə çıxarır. Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına səhid olur. Erməni qəsibkarları onun cəsədinə belə yaxın getməkdən çəkinirlər. Ayın 17-də ailəsinə son məktubunu yazır “Vətən sağ olsun. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəm. Şəhid olsam ağlamayın əslində sevinin ki, o mərtəbəyə yüksəldim” demişdı. Onun bütün mübarizəsi vətən uğrunda şəhid olmaq idi, bu arzusunada  çatdı. Son məktubunda dediyi kimi vətənə sadiq qaldı. Şamama ana deyir ki  “Mübarizin yoxluğu demək olar ki, hər vaxt, hər saat, hər dəqiqə hiss olunur”. Hər bir kəsə Mübariz kimi ağıllı, kamallı, zəhmətkeş, anasını, atasını çox isdəyən Allahını , Vətənini sevən övlad arzulayıram”. 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Mübariz İbrahimova “Azərbaycan Milli qəhrəmanı” (ölümündən sonra) adının verilməsi baradə sərancam imzalamışdır. Gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna  xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Mübariz bütün Azərbaycan xalqı ücün bir nümunədir. O xalqı, vətəni qaldırdı ayağa bildirdi ki, vətəni xalqı sevmək lazımdır. Çox qəhrəmanın arzuladığı mərtəbəyə ucaldı Mübariz. Özünü bu Dövlət və bu torpaq üçün fəda etdi. Dövlətidə Millətidə onu yaddan çıxartmır. O ölümü ilə tarix yazdı.                      

Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq! 

Yeganə Telmanqızı                                                        
 “XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ