SON DƏQİQƏ

Bəzən dəcəl uşaq olur,bəzən müdrik bir ağbirçək...

Tarix:9-02-2022, 10:32

Azərbaycan mətbuatının fədaisi Şəfəq Ağacan idarəçilik məharəti, insanpərvərliyi, qayğıkeşliyi, xeyirxahlığı, gözəl ailə başçısı olması, ziyalılığı, xalqa, dövlətə sədaqətini, cəsarət və prinsipiallığını, qadın olsa da əsl kişilik xarakteri kimi cəhətlərini özündə əhatə edən "dəyərli insan" ifadəsi bəlkə də o gözəl insanın mənəviyyatına tam qiymət vermir. Lakin hər halda, o, sözün əsil mənasında, dəyərli insan kimi bu ada layiqdir.Bu gün BakuPress Milli İnformasiya Agentliyinin baş redaktoru Şəfəq Ağacanın doğum günüdür.Soyuq fevral ayında dünyaya gəlib,amma onun təbiəti və qəlbi daima yaz kimi gül- çiçək açır..Şəfəq Ağacan istedadli, səmimiyyət ilə seçilən, ən əsası qayğıkeş və bir gözəl anadır.O, işdə dəyanətli,qaya kimi sərt,dəmir kimi möhkəm olan bir işgüzar xanım ,evdə isə əsl evdar azərbaycan xanımıdır Bəzən ən çətin hadisə yerinə təcili yardımdan,polislərdən tez yetişir.
Onun həssas və qayğıkeş keyfiyyətləri, real həyati problemləri ciddi analitik təhlil etmək qabiliyyətinə malik məxsusi keyfiyyətləri nüfuzedici dərin müşahidəyə, publisistikaya və öz həyati təcrübəsinə istinad edərək, müxtəlif xarakterə və həyata baxışa malik insanlarla təmasda olmağa və ünsiyyət qurmağa rəvac verir. Xüsusən, yaradıcılığındakı vəhdət müstəvisində təhlil etdiyi məsələlərin ciddiliyini, aktuallığını nəzərə almaqla, bu vicdanlı insanın mənəvi dünyasındakı narahatlıqlarını, döyünən qəlbinin həssaslığını hiss edir, onun necə böyük ürəyə sahib olduğuna heyran qalırsan. Sözünün bütövlüyü, xarakterinin həlimliyi deməyə imkan verir ki, bu sadə, zəhmətsevər və qayğıkeş insan ağayana duruşunda, alicənab hərəkətlərində gənc nəslə örnək və çoxlarına nümunə ola bilir. Sadəliyi və qayğıkeşliyi ilə fərqlənən, irəliyə doğru həmişə asta, lakin inam və təmkinlə addımlayan bu geniş və insanlara qarşı dərin sevgi ilə dolu ürəkli insanı, onu tanıyanların gözündə ucaltmışdır...
Savadı,evdarlığı,işgüzarlığı,mərdliyi,dəyanəti özündə birləşdirən bu qadını əzəmətli bir dağa bənzədirəm.Bəzən uşaq kimi kövrək ,bəzəndə daşdan da möhkəm olan ürəyə malikdir.Onu yaxın tanıyanlar bilirki,onun ürəyi qan ağlasa da gözləri daim gülür.Bir gözündə kədər olsada,bir gözündə daim sevinc qığılcımları olur.Qəribə insandır ən çətin insanı belə dil tapıb yola gətirməyi bilir.Bəzən dəcəl uşaq olur,bəzən müdrik bir ağbirçək...Ən əsası insanların sevgisini qazanmağı bacarır.Hərdən mənə elə gəlir ki,o qadın yox bir kişidir.Çünki kişi kimi səxavətli,cəsur,mərd bir yoldaşlığı var.Heç kəsi yarı yolda qoymaz.Daim arxasıza dayaq olub arxalıya yamaq olmayıb.
 
Ondan kömək istəyən ümidsiz insanın bəlkə deyərdim ki,ümid yeridir. Azərbaycanı,elini obasını sevən vətənpərvər bir insandır.!Sona qədər mübarizə aparıır heç vaxt məğlub olmur rəqibinin gücü onu heç vaxt qorxuzmur.Şəfəq Ağacan qaynar və sürətlə dəyişən kütləvi informasiya mühitində özünün təmkini və ağıllı zəkası ilə çoxlarına nümunədir. Dəfələrlə onunla olan söhbətlər əsnasında diqqət yetirib, müşahidə etmişəm ki, o, geniş diapazona, intellektual təfəkkürə, iti idrakı ümumiləşdirməyə qabil müsahibdir.
 
Şəfəq Ağacan üçün fiziki sağlamlıqla yanaşı, sağlam mənəviyyat, cana qida verən əxlaq və məslək yolu da əsas meyarlardandır. O, düşdüyü təbii və ictimai mühitdə sağlam mənəviyyata xidmət edəsi əməllərinə çox ciddi yanaşır. O çalışır ki, ətrafındakılar üçün pozitiv mühit yaratsın, hər kəsin xatiri xoş olsun. Onun iştirak etdiyi mühitdə heç vaxt gərginlik olmur. O öz sağlam mənəvi-psixoloji aləmi ilə ətrafındakıları ruhlandırmağı bacarır.mülayim qəlbli, xoşxasiyyət, həddindən artıq təvazökar bir adamdır. Maraqlı,cəlbedici biraz da hökümlü danışıq tonu var. Bərk hirslənəndə belə danışıq tonunu dəyişmir, əsəbiləşdiyi  sifətindən o an hiss olunur. Çox sadə, anlaşıqlı dili var. Ancaq nə qədər sadə dildə danışsa da, söhbətlərində ardıcıllıq, elmilik var, hər şey konkret fakta əsaslanır. Bütün bunlarla yanaşı, işinə çox dəqiq, məsuliyyətli, tələbkar adamdır. Bu keyfiyyətləri onunla paralel çalışanlardan da tələb edir və belələrinə xüsusi hörmətlə yanaşır.
 
İnsan arxaya dönüb baxanda, ötən illəri xatırlayanda gördüyü xeyirxah işlər üçün qəlbi rahatlıq tapırsa, bu,ona bəsdir. Mən əminəm ki, Şəfəq xanım ləyaqətlə yaşadığı ömür yolu ona və onu istəyənlərə daim başucalığı gətirib, saf qəlbi və təmiz niyyətləri onun belə yaşından çox gənc görünməsinə səbəbdir. Kömək uman hər kəsə təmənnasız yaxşılıq etmək! Bu doğrudan da hər insanın işi deyil. Amma Şəfəq xanım bundan zövq alır. Qarşı tərəf bunu anlasa da, anlamasa da o bunu edir. Böyük ürək sahibidir. Onun zəhmətini anlayıb qiymətləndirə bilməyən, hətta adicə “sağ ol” sözünü belə deməyi unudan insanlardan o heç incimir də! Axı o bu yaxşılığı “sağ ol” sözünü eşitmək üçün etməyib…
 
Bir qismət çörəyini belə hamı ilə bölüşdürən, bacardığı qədər hamıya dəstək olan hər kəsi sevindirən Şəfəq xanım redaksiyada hamını diqqətdə saxlayır. Onun üçün vəzifə anlamı yoxdur, onun ölçü vahidi insanın insanlığıdır.
 
Hədsiz dərəcədə gözütox, olduqca səmimi və etibarlı olan bu insan heç kəsin ruzisinə göz tikmir, heç kəsə paxıllıq etmir. Onun öz yolu var, bu yolla da gedir, sakit, səssiz… Amma inamla. Mərdi mərdanə. Uşaqla uşaq, böyüklə böyük kimi davranır. Sevincini bölüşdürür, kiminsə kədərinə şərik çıxır.
 
İnsanlara sevinc bəxş etmək asan məsələ deyil. Elə uşaqlıqdan bunu özünə amal seçən Şəfəq Ağacan üçün bu adi işdir. Kin-küdurətdən uzaq, insanlara öz gücü çərçivəsində sevinc bəxş etməyə həsr olunan bir ömür alqışlara layiqdir! Onunla həmsöhbət olanda qəlbən rahatlıq tapıram. İncə yumorlu zarafatları o qədər yerli-yerində olur ki, ürəkdən, gözümüzyaşarana qədər gülə bilirik...
İnsanları ümidlə yaşamağa,insanlıq naminə ömür sürməyi öyrədən bu nəcib türk qızının doğum günüdür.Onun yaradıcılığı barədə bu kiçicik yazımda bir kəlmə də danışmadım, çünki bu çox adama bəlli məsələdir. Yalnız öz “kəşf”lərimi yazdım. Ondan özümə örnək kimi götürdüyüm cəhətlərin çoxusunu yazmadım,çünki bitib tükənməz. Amma onlardan bircəsini bura əlavə etməyi və həm də hamıya çatdırmağı özümə borc bilirəm: -Elə yoldaşlıq və dostluq et ki, qarşı tərəf sənə güvənə bilsin. Sənə arxalansın, sənə etibar etsin! Necə ki, mən Şəfəq Ağacana güvənir, inanır, etibar edirəm.
 
Bu günkü yaşın elə də böyük hədd deyil! Necə deyərlər, hər kəs yüz il yaşamasa, günah onun özündədir. Şəfəq Ağacan buna cəhd edəcək. Ən azı bir dost kimi mənim xətrimə! Doğrudur, ömrü Uca Tanrı verir, onun işinə qarışa bilmərik, amma atalar “səndən hərəkət, məndən bərəkət” deyiblər.
 
Allah səni qorusun, Şəfəq xanım,sənin 100 illik yubileyinə başqa planlarım var.Mən və bütün BakuPress kollektivi bu özəl gün münasibəti ilə səni təbrik edirik.Nə yaxşıki varsan!!!
 
RAQİF ƏDALƏTOĞLU

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ