SON DƏQİQƏ

AQGF-nın Ölkə birinciliyi yarışı keçiriləcək

Tarix:9-02-2022, 10:45

Azərbaycan Qol Güləşi Federasiyasının bütün şəhər, rayon və bölgələrdə fəaliyyət göstərən nümayəndələrinin, məşqçilərin və idmançıların nəzərinə!XeberTıme.az xəbər verir ki,  Qol güləşi üzrə Ölkə Birinciliyi yarışı 2022-ci il 12 mart tarixində, Bakı Gənclər Mərkəzində keçiriləcək.
Çəki proseduru 12 mart, səhər saat 09:00-dan 11:00-a qədər davam edəcək. Bütün məşqçilərə və nümayəndələrə tövsiyyə olunur ki, idmançıların çəkiyə vaxtında gəlmələrini təmin etsinlər. Çəki proseduru bitdikdən sonra gələn idmançılar yarışa buraxılmayacaqlar.
Yarış 14-21 yaş arasında keçiriləcək.
Komandalar üzrə sifarişlərin və idmançıların şəxsiyyət vəsiqələrinin surətinin təqdim olunması vacibdir!

“XeberTıme.az”


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ