SON DƏQİQƏ

8 fevral Beynəlxalq Nənə və Babalar Günü ilə bağlı tədbir keçirilib- FOTO

Tarix:9-02-2022, 10:56

Fevralın 8-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Heydər Əliyev Mərkəzinin, Səməd Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı və Anar Şükürov adına 25 nömrəli orta məktəbin şagirdlərinin iştirakı ilə 8 fevral Beynəlxalq Nənələr və Babalar Günü ilə əlaqədar “Şəhid ana-atalar, həm də nənə-babalardır” adlı tədbir təşkil edilib.
Torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailə üzvlərinin iştirakı ilə keçirilən tədbirdə aparıcı Hafiz Ataxanlı vətənpərvər övladlar yetişdirdiklərinə görə onlara təşəkkür edib, Vətənə xidməti ən ali vəzifə hesab edən qəhrəman şəhidlərimizin həm dövlətmizə, həm də ailələrinə başucalığı gətirdiyini vurğulayıb.
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin qeyd edib ki, şəhidlik ən uca zirvədir və ölkəmizdə hər zaman şəhidlər böyük ehtiram hissi ilə anılır. Sonda Anar Şükürov adına 25 nömrəli orta məktəbin şagirdləri şeirlər səsləndirib, “Kimyaçı” Mədəniyyət sarayının “Kimyaçı” özfəaliyyət ansamblının üzvləri musiqi nömrələri ifa ediblər.
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ