SON DƏQİQƏ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Tarix:10-02-2022, 14:09

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
XeberTıme.az  bildirir ki,  bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.


“XeberTıme.az” 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ