Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına sənəd qəbulunun müddəti uzadılıb.XeberTıme.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Sənəd qəbulu bu gün saat 23:59-da başa çatmalı idi. Ancaq müddət fevralın 11-i saat 10:00-dək uzadılıb.
Qeyd edək ki, bu gün saat 16:25-dək 16 380 nəfərin (Azərbaycan bölməsi - 15007 ; rus bölməsi - 1373) ərizəsi qəbul edilib.
Xatırladaq ki, sənəd qəbuluna fevralın 1-dən başlanılıb. Magistraturaya qəbul imtahanı fevralın 20-də keçiriləcək.
“XeberTıme.az”