SON DƏQİQƏ

Qubadlı rayon nümayəndəliyində Vətən müharibəsi şəhidinin doğum günü ilə əlaqədar tədbir təşkil olunub- FOTO

Tarix:10-02-2022, 23:46

XeberTıme.az xəbər verir ki, fevralın 10-da Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Qubadlı Rayon Nümayəndəliyində şəhid Polkovnik-Leytenant Faiq Qaçay oğlu Qasımovun doğum günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının müavini Allahverdi Haqverdiyev və digər məsul şəxslər Faiq Qasımovun adını daşıyan Mahmudlu kənd tam orta məktəbin müəllim və şagird kollektivi, rayon ictimaiyyəti iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə başlanan tədbirdə Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra şəhidimizin keçdiyi şərəfli həyat yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Faiq Qasımov 2016-cı il Aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə yüksək qəhrəmanlıq göstərib. 2020-ci ildə isə 44 günlük müharibə zamanı Fizuli uğrunda gedən döyüşlərdə savaşaraq qəhrəmancasına şəhid olub. 
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən F.Qasımova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib və “Vətən Uğrunda”, “Xocavəndin azadlığı uğrunda”,”Fizulinin azadlığı uğrunda” medalları ilə təltif olunub.
Tədbir Mədəniyyət evinin hazırladığı ədəbi-bədii kompozisiya, şəhidlərə həsr olunan muğam ifaları, şeirlər və çıxışlarla davam etdirilib.
 
“XeberTıme.az”



 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ