SON DƏQİQƏ

Sumqayıtın Tarixi Muzeyində “Bir elin harayı” ekspozisiyası təşkil olunub

Tarix:11-02-2022, 12:16

Sumqayıtın Tarixi Muzeyində “Qərbi Azərbaycan İcması” şəhər nümayəndəliyinin təşkilatçılığı ilə "Qərbi Azərbaycanda mədəni irsimiz: dünən və bu gün" adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə ictimaiyyət nümayəndələri, həmçinin Milli Məclisin deputatları Müşfiq Məmmədli və Əziz Ələkbərli iştirak ediblər.
XeberTıme.az xəbər verir ki, əvvəlcə muzeydə sərgilənən “Bir elin harayı” ekspozisiyasına baxış keçirilib. Ekspozisiyada Sumqayıt şəhər 39 nömrəli orta məktəbin direktoru Baxşeyiş Ələmşahovun vaxtı ilə Zəngəzur mahalından çıxara bildiyi məişət əşyaları sərgilənir. Böyük maraqla izlənən, vətənpərvərlik nümunəsinin təcəssümü olan ekspozisiyada təkcə yaxın əsrlərə yox, hətta çox uzaq XII əsrə aid 60-a qədər qiymətli məişət əşyası nümayiş etdirilir.
Sonra dəyirmi masa formatında keçirilən konfransda maraqlı fikir mübadiləsi aparılıb. “Qərbi Azərbaycan İcması” şəhər nümayəndəliyinin təmsilçisi Camilə Fəyyaz, Qaçqınlar Cəmiyyətinin sədri, deputat Əziz Ələkbərli, muzeyin direktoru Aygün Zülfuqarlı və digərlərinin çıxışında diqqətə çatdırılıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra Qərbi azərbaycanlıların öz dədə-baba, tarixi torpaqlarına qayıtmaq inamı daha da artıb.

“XeberTıme.az” 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ