XeberTıme.az Bakupress Milli İnformasiya Agentliyinə istinadən bildirir ki, ötən sayında GDU -də "rüşvət teroru" və bu terorun Pedoqoji unversitetinə qədər hansı yolnan uzanması barədə azda olsa məlumat vermişdik. Bu haqda media olaraq apardığımız araşdırmalarda bir çox məsələlər ortaya çıxdı. Çoxuna məlumdur ki,Müəllimlər institutu hər zaman GDU -nin "filialı "olub. Müəllimlər institutu ADPU -nə birləşdikdən sonra Yusif Yusifov "işini" dahada genişləndirərək iş birliyini davam elətdirdi. Belə deyək ad dəyişdi amma əhəmiyyət dəyişmədi .Mətbuata oda məlumdur ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində kütləvi etiraz dalğasının müşahidə edilməsi, alimlər, qabaqcıl müəllimlər elmi dərəcəsi olmayan və bir saat dərs deməmiş laborantlarla, texniki işçilərlə əvəz olunmaları barədə xəbərlər yayılır.İddialarda vurğulanır ki, Azərbaycan Müəllimlər İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birləşdirilməsindən, həmçinin Cəfər Cəfərovun bu ali təhsil ocağına rektor təyin olunmasından sonra narazılıqlar səngimir. Yəni bu elm ocağının rektoru heçdə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovdan geri qalmır. Ötən ilin sonlarında unversitetin 100 illiyi münasibəti ilə universitetin bəzi müəllimlərinə prezidentin sərəncamı ilə fəxri adlar verildi. Bu adların siyahıya düşməsi hansı rüşvətlə əmələ gəldiyindən təbiiki, dövlət başçımız xəbəri yoxdur. Həmin fəxri adlardan biri Yusif Yusifovun Pedoqoji unversitetdə işləyən bacısı Yusifova Anaxanımada təqdim olundu, bu xanım oldu "Əməkdar müəllim". Allahla desək rüşvətxorluqda əməyi böyük olan bu müəllimə "Əməkdar rüşvətxor"adı verilsəydi daha məqsədə uyğun olardı.
Anaxanım Yusifova ixtisasca bioloqdur, amma hansı yolnansa namizədliyi kənd təssərufatı ilə bağlıdır. Məşədi İbad demiş, mən "Tarix Nadiri" yarıyacan oxumuşam belə şeyə rast gəlməmişəm. Görəsən Təhsil Nazirliyi niyə bütün bunları araşdırmır? Gəncədən Bakıya qədər uzanan Yusifovun qolunun bu qədər gücü hardandır?Gülümsərov tipli alimlərdən dərs alan tələbədən hansı işıqlı gələcəyi gözləyək?
Bizə olunan müraciətlər və apardığımız araşdırmalardan məlumdur ki, son illər Pedaqoji Universitet və Gəncə Dövlət universitetində adi həyat normasına çevrilən özbaşnalıq, məddahlıq, məsuliyyətsizlik, qohumbazlıq, iclasların “razborka” alətinə çevrilməsi, ayrılan vəsaitlərin şəxsi məqsədlər üçün istifadə olunması, plagiatçılıq və saxta əsərlərə yaşıl işıq yandırılması, faktiki olaraq elm mərkəzinin elmə aid olmayan qohumlar və yaxınlar tərəfindən idarə olunması, dövlət maraqlarının yaratdığı şəbəkə və qrup maraqlarına qurban verilməsi, ömürlərini elmə həsr edib, əhəmiyyətli uğurlara imza atan ailimlərə, istedadlı gənclərimizə göstərilən bağışlanmaz biganə münasibət, ADPU və GDU -nun nəzdində olan bütün kafedraların iflic vəziyyətinə salınması Azərbaycan elminə böyük korifeylər vermiş elm ocağı haqqında xoşagəlməz və acı təəssüratlar doğurmaqda, böyük ziyalılar ordusunu dövlətdən narazı salmaqdadır.
Bunun adını çəkdiyimiz Anaxanım Yusifova ən bariz nümunəsidir. Kənd təsərrufatı elmlər namizədi, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri vəzifəsini icra edir. Nə deyim vallah bu yəqin yeni üsuldur bizim xəbərimiz yoxdur. Yəni pul bu qədərmi şirindir, yaxud Cəfər Cəfərova Yusif Yusifov bu qədərmi dəyərlidir onun xətrinə prezidentidə belə aldadıb, ona təqdim olunan siyahıya Yusifovun bacısının salınması vacib oldu. Niyə bütün bunlara göz yumulur ? Hörmətli cənab nazir, media olaraq biz sizə göstəririr və eşitdirirdiririk sizdə qulağınızdan pambığı çıxarıb məsələni eşidin, araşdırırın.
Bir haşyədə çıxım, aydın məsələdir ki, yorulub əldən düşmüş, baş verən proseslərə adekvat reaksiya verə bilməyən, tamahkar bir qocanın ümidinə buraxılmış GDU -də heç bir motivasiyadan, inkişafdan, normal iş prosesindən söhbət gedə bilməz. Söhbət əlbəttə ki, rektor Yusif Yusibovdan gedir. Sizcə ömrünün 70 ilini rüşvətə, korrupsiyaya, məişət pozğunluğuna, əyyaşlığa həsr etmiş bir adam 71-ci ilində birdən birə islahatçı, innovator, dövlətçi ola bilərmi? Hələ illər öncə,Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda tələbə qəbulu komissiyasının məsul katibi işləyən zaman bu adam özünü pul hərisi, tələbə qəbulu alverçisi, özündən böyüklərin pul kisəsi kimi tanıtmışdır. Bu gün isə ağır bir daş parçası olaraq GDU-nun yükünə çevrilmişdir və universitet bu yükün ağırlığı altında çökmüş bir vəziyyətdədir. Yusif Yusifov universitetin rəhbərliyinə təyin edildiyi bir gündən burada neqativ hallara, dedi-qoduya, hətta kriminal hadisələrə rəvac verilmişdir.
İş o yerə çatıb ki, universitetdə kimsə tədris prosesi haqqında, yaxud elmi mövzuda söhbət açanda ətrafdakılar ona az qala ruhi xəstə kimi baxırlar ki, “bu nə danışır”. Çünki belə mövzular bu universitet üçün çoxdan yadlaşıb. Burada aktual olan mövzular rektorun yaxınlarının durmadan artan əmək haqqı və mükafatları, magistr təhsili belə olmayan “gül balaların” hansısa qondarma vəzifəyə təyin edilərək professordan artıq maaş almaları, dövlət büdcəsindən ayırmalar və tələbələrdən çətinliklə yığılan təhsil haqqları hesabına formalaşan universitet büdcəsinin təhsil prosesinə və pedaqoji heyətə aid olmayan dörd bir yana israfçılıqla səpilməsi, eləcə də fəxri adlar, elmi adlar, vəzifələr, işə qəbul, əlavə tələbə qəbulu və s. bu kimi “birbaşa rəhbərin mətbəxinə aid olan” məsələlər üçün müəyyən edilmiş məzənnələrdir.
Universitetdə baş verən tender oynları, büdcənin talanması və maliyyə pozuntuları haqqında dəfələrlə geniş materiallar dərc olunmuşdur.
Bu yaxınlarda Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində büdcə vəsaitlərindən istifadə olunması haqqında konkret mövqe bildirib. Dövlətimizin başçısı qeyd edib: “Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik. Vaxtilə nəzarətsiz olan xərclər artıq keçmişdə qalıbdır, bütün dövlət məmurları mənim təlimatlarımı icra etməlidirlər və edirlər ki, hər manata qənaət etməliyik”.
Yusifov estafeti ADPU -nin rektoru Cəfərovun əli ilə bacısı Anaxanım Yusifova ötürməkmi istəyir?