SON DƏQİQƏ

Xızı rayonunda “Şuşa ili” ilə bağlı konfrans keçirilib

Tarix:12-02-2022, 14:08

Fevralın 10-da Xızı rayon Heydər Əliyev Mərkəzində Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinə tabe müəsissələrin iştirakı ilə “Şuşa ili” nə həsr olunan “Tariximizin və mədəniyyətimizin ayrılmaz parçası Şuşa” adlı konfrans təşkil edilib.
XeberTıme.az xəbər verir ki, tədbirdə Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon üzrə nümayəndəsi, baş məsləhətçi Mönsüm Bağırov Şuşada aparılan yenidənqurma işləri haqqında danışıb. 
Sonra müəssisə rəhbərləri Şuşanın zəngin mədəniyyəti, tarixi abidələri haqqında məlumat veriblər. Konfransda iş planına əsasən “Şuşa ili” ilə əlaqədar qarşıda duran vəzifələr, keçiriləcək tədbirlər haqqında müzakirələr aparılıb.
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ