SON DƏQİQƏ

Qubadlı Rayon Nümayəndəliyində “Şuşa ili” ilə bağlı tədbir təşkil edilib

Tarix:12-02-2022, 14:29

Fevralın 11-də Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Qubadlı Rayon Mərkəzləşdirilmiş kitabxana sistemi tərəfindən Şuşa ilinə həsr olunan “Şuşa Qarabağın zümrüd tacıdır” adlı tədbir keçirilib.                                                          
Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, Sumqayıt Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Bayram Cəfərli, Xıdırlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak ediblər.
Qubadlı MKS-nin direktoru Müşgünaz Muradova Şuşanın Azərbaycan dövlətçiliyinin tarixindəki yerindən, qədim abidələrindən, işğalı və azad olunması tarixindən söhbət açıb. 
Sonda Şuşa ilinə həsr edilən kitab, rəsm sərgisi və “Şuşa, sən azadsan!” adlı videoçarx nümayiş olunub.
 
“XeberTıme.az”
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ