SON DƏQİQƏ

İsmayılıda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 10-cu ildönümü qeyd olunub- FOTOLAR

Tarix:12-02-2022, 14:39

XeberTıme.az xəbər verir ki, 13 Fevral Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi və şəxsi heyəti Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Mərkəzində “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 10 il” adlı filmə baxılıb.
Xidmətin İsmayıllı rayon şöbəsinin bütün əməkdaşları təbrik edilib, onlara şərəfli fəaliyyətlərində uğurlar arzulanıb. 
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin rəisi çıxış edərək şəxsi heyətə təbriklərini çatdırıb, qurumun yaranması, inkişafı və fəaliyyəti barədə geniş məlumat verib.
 
“XeberTıme.az”

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ