SON DƏQİQƏ

Vətən müharibəsi şəhidi Namiq Quliyev- “Ana hər şey Vətən üçün!”

Tarix:13-02-2022, 02:01

44 günlük Vətən müharibəsində əldə olunmuş Qələbə ədalətin təntənəsidir.  


Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan Vətən müharibəsi şəhidi Namiq Quliyevin ailəsini ziyarət etdim. 

                                        

Şəhidimizi tanıyaq:                                                              

Quliyev Namiq Natiq oğlu 2001-ci il dekabrın 31-də Sumqayıt şəhərində sadə, zəhəmətkeş bir ailədə dünyaya gəlmişdir. Təbiətəcən çox sakit olan Namiq olduqca səliqəli, sözə baxan, mehriban bir uşaq olub. 2008-ci ildə Sumqayıt şəhər 13 saylı tam orta məktəbin birinci sinifinə qəbul olur.


Dostları, müəllimləri Namiqi çox istəyirdi. Dərs əlaçısı olan Namiq gələcəkdə kampüter üzrə mütəxəsis olmağı arzulayır. 2019-cı ildə tam orta təhəsilini başa vurur. 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə yola düşür. Goranboy rayonunun Ağca kəndində N saylı hərbi hissədə xidmətə başlayır, sonra Tərətər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirir. Xidmətdə plomyot (PK) atıcısı təlimləri keçərək bu sahadə püxtələşir. 


2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi başlanır. Cəsur döyüşcü Namiq Quliyev əvvəl gündən qəhərəmanlıqla səngərdə vuruşur. Onun Xocavənd, Laçın rayonlarının və Suqovuşan kəndinin azad olunmasında müstasna xidmətləri olur.         
Oktyabrın 22-də Namiq Quliyev Suqovuşan uğrunda gedən ağır döyüşlərdə komandiri ilə birgə 9 əsgər və zabitimizlə şəhidlik zirvəsinə ucalır. 19 yaşlı əsgər şəhidimiz 25 oktyabr böyüyüb boya-başa çatdığı Sumqayıt şəhərində yerləşən Şəhidlər Xiyabanında minlərələ şəhər sakinin, icra nümayənədələri, Müdafiə Nazirliyinin əməkdaşları və ailə üzvüləri, doğmalarının müşayəti ilə canı qədər sevdiyi torpağa tapşırılır.



 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı rəşadət göstərərək vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə ölümündən sonra Quliyev Namiq Natiq oğlu "Cəsur döyüşcü",  Vətən uğrunda " və "Laçının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


Atası Natiq Quliyev oğlu haqqında xatirələrindən danışdı:   
                                                                                                  
- Namiq mənim böyük övladım, kiçik qardaşım idi. Həmişə fəxr edirdim və bu gündə , sabahda fəxr edəcəm övladımla. Olduqca sakit təbiətli, valdeynlərinin sözündən çıxmayan  qanacaqlı bir oğlan idi, biz həm də yaxın dost idik. Qismət belə imiş onun alın yazısı idi Şəhidlik. Hələ kiçik yaşlarından namaz qılırdı, Allahın bizə bəxş etdiyi bütün əməllərə riayət edirdi. Bayrağımızı, Vətənimizi çox sevirdi.

 
Orta məktəbədə son zəng günü şəhidlərin şəkli olan stentin qarşı tərəfində şəkildə çəkdirir.

                                                                                 
Anası Təranə xanıma oğlu haqqında danışmaq çətində olsa  göz yaşları damla-damla axaraq dərdini bizimlə bölüşdü:                                                                                 
- Yeganə xanım Allah mənə 2 oğul övladı bəxş edib, mən övladlarımdan çox razıyam. Namiq qardaşı Həsənə həmişə bir böyük kimi qayğı göstərirdi, gözəl məsləhətlər, nəsiətlər verirdi.

 
Hərbi xidmətdə olanda bir dəıfə yanına getmişdim. Elə deyirdi ki, “Özünüzdən muğayat olun”, Müharibə başlayandan sonra tez-tez telefonla danışırdıq. Hər zaman da Həsənin dərsləri ilə maraqlanırdı və  deyirdi ki, “Həsən səni incidən yoxdur?” Ən çox da dediyi söz bu oldu “Ana hər şey Vətən üçün!” 

                                    
Müəlifdən: Bəli “Hər şey Vətən üçün!” deyib Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın Müzəəffər Ordusu döyüşərək qanları ilə, canları ilə Zəfərli Azərbaycan tarixini yazdılar. Məqamın uca olsun elimin şəhid oğlu! 


Ənənəmizə sadiq qalaraq  “Ümid”  Xeyriyyə Cəmiyyətinin sədri Raya Məlikova və “XeberTıme.az informasiya portalının təsisçisi Yeganə Telmanqızı tərəfindən şəhidin anası Təranə Quliyevaya “Şəhid Anası ” tətifini təqdim etdik. 



Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!


Yeganə Telmanqızı
  “XeberTıme.az”
         
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ