SON DƏQİQƏ

Şəhid Tacəddin İsmayılzadənin il dönümü keçirildi- FOTOLAR

Tarix:14-02-2022, 01:22

12 fevral 2022- ci il tarixində  Sumqayıt şəhərindəki Ceyran şadlıq sarayında igid qəhrəman ,128 gün koma vəziyyətində qalmış və şəhadətə yüksəlmiş  Tacəddin İsmayılzadənin  il donumü- anım günü keçirilmişdir.Tədbir iştirakçıları, şəhid anaları əvvəlcə Şəhidlər xiyabanında Tacəddin balamızın məzarını ziyarət etdilər. Cəmi şəhidlərimizin ruhlarına dualar oxundu.
Sonra Ceyran şadlıq sarayında  anım günü kecirildi. Sumqayıt şəhər axundu dualar oxudu.
Tədbirin aparıcısı şair - hüquqşünas Ədalət Əroğlu şəhid Tacəddin İsmayılzadənin qısa, lakin  şərəfli  döyüş yolundan danışdı və  cəmi şəhidlərimizin xatirəsi  bir dəqiqəlik sükutla, ehtiramla yad edildi. 
Sonra dövlət himnimiz səsləndirildi. Tədbirdə şəhid ailələri, şəhid anaları, şəhid atalari , Sumqayıt şəhər icra hakimiyyətinin məsul işçiləri, Respublika QHT rəhbərləri , media nümayəndələri , şəhidin döyüş dostları, hərbiçi zabitlər  iştirak etdilər.
Sonra Ədalət müəllim şəhid Tacəddin İsmayılzadənin anası Aygün xanıma söz verdi.
Şəhid anası tədbirdə iştirak edən hər kəsə dərin təşəkkürünü bildirdi və kövrək xatirələr söylədi.
Şəhidin babası  da ürək sözlərini deyərək şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Sumqayıt şəhər icra hakimiyyətinə təşəkkürünü bildirdi. 
Şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Almaz Zeynalovanın və baş redaktor Rauf İlyasoğlunun təşəbbüsü ilə "Həkəri" qəzetinin xüsusi buraxılışı hazırlanaraq tədbir iştirakçılarına təqdim olundu.
ŞASD ictimai Birliyi-nin sədri şəhid ailəsi Almaz Zeynalova çıxış edərək hər zaman şəhid ailələrinə dəstək olduğunu bir daha bildirdi və göz yaşlarını saxlaya bilmədi.
Bədii qiraətçi aktyor Şirzad Pirallahınin möhtəşəm çıxış hər kəsi duygulandirdi.
Günay Məmmədovanın ifasında  Xudyar mahnısı cəmi şəhidlərimizin  xatirəsinə ərməgan edildi. 
Bu sətirlərin müəllifi də  vətənpərvər ruhlu kövrək bir şeir söylədi və vurğuladı ki, Həkəri hər bir şəhid ailəsinə xidmət edən qezetdir və   hər kəsin üzünə açıqdır.
Tədbirdə  həzin musiqi sədaları altında dini şeirlər, ağı,  mərsiyə və bayatılar  oxundu..
Sumqayıt şəhər hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin məsul işçiləri şəhid anası Aygün  İsmayilzadəni tribunaya dəvət etdilər və Şəhid Tacəddin İsmayılzadənin adına  təltif olunmuş  " Xocavəndin azad olunmasına görə"  medalnı  şəhidin  anası Aygün xanıma  təqdim etdilər.
Əzəmətli anlar hər kəsdə qürur hissi oyatdı.
44 günlük  Vətən müharibəsində nur üzlü şəhidlərimiz canlarını vətən yolunda qurban edərək  bizə qələbə sevincini bəxş etdilər.
Tədbir boyu  şəhid  Asimanın atası  səhhətində ağrılar olan doğma qardaşım Niyaz Allahverdiyevin  göz yaşları qəlbimi çox goynətdi.Nur üzlü şəhidlərimizin  bir birindən yaraşıqlı məğrur  gözlərinə baxarkən hər kəs duygulanir, kədərlənir, gah da qürur hissi kecirdirdik.
Almaz  Zeynalovanın şəhidlər xiyabanında ağlayaraq ehmalca dediyi söz isə qəlbimi daha çox goynətdi.
"Analar gedib şəhid balaların ziyarət edib ürəyini boşaldırlar. Amma mən 28 ildir ki,ömür gün yoldaşımın məzarını da tapa bilmirəm. Üç körpə balamı nə zülmlə böyütmüşəm, tək Allah bilər". 
Vətəni qoruyanlar kasıb balaları olur , deməklə köks ötürdüm.
Uşaq pulu almadan böyüyən nur üzlü şəhidlərimiz öz ölməzlikləri ilə bükülmüş belimizi dikəltdilər, şərəfimizi özümüzə qaytardılar.Şəhidləri böyüdən analara, atalara borcluyuq.Cunki şəhid valideynləri övladlarına qeyrət , şərəf, namus diplomları veriblər, onları mərd , qorxmaz igid və mübariz  böyüdüblər.
Şəhid Tacəddin İsmayılzadənin ruhuna dualar oxundu və sonra  ehsan süfrəsi təşkil olundu.
Tədbir haqqında Həkəri qəzetinin növbəti sayında daha  ətraflı  məlumat əldə edəcəksiniz.

Sonda Quba rayon Gənclər İdman idarəsinin əməkdaşı Əvəz bəyin və Mübarizlər, Fəridlər 2013, Orxanlar Səbuhilər qrupunun təsiscisi Əziz bəyin hazirladığı şəhidimiz Tacəddin İsmayıəlzadənin  əziz xatirəsinə həsr olunan video çarx nümayiş etdirildi.



Rauf İlyasoğlu, 
"Həkəri" qəzetinin baş redaktoru







FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ